Perunun Keniyadakı səfiri: "Yeni şəhər gündəliyi iyulda Nyu-Yorkda qəbul ediləcək"
sizinxeber.az xəbər saytı

Perunun Keniyadakı səfiri: "Yeni şəhər gündəliyi iyulda Nyu-Yorkda qəbul ediləcək"


İyulda Nyu-Yorkda yeni şəhər gündəliyi qəbul ediləcək.

"Sizinxeber.az" xəbər verir ki, bunu Perunun Keniyadakı səfiri Romi Tinkopa Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Latın Amerikası və Karib hövzəsi ölkələrinin mənzil tikintisi və şəhərsalma məsələləri üzrə nazirləri və yüksək vəzifəli şəxslərinin forumunda (MINURVI) bildirib.

Onun sözlərinə görə, MINURVI çox əhəmiyyətlidir, çünki region ölkələri bu forum vasitəsilə qarşıdan gələn danışıqlar ərəfəsində öz töhfələrini verə və mövqelərini əlaqələndirə bilərlər.

"Yeni şəhər gündəliyi gələcək onilliklər üçün şəhərlərin inkişaf istiqamətini müəyyən edəcək və bütün dünyada milyonlarla insan üçün bərabərsizliklə mübarizədə, əlçatan mənzil və dayanıqlı şəhər inkişafının təmin edilməsində əsas vasitə olacaq. Məhz buna görə də bu danışıqlarda Latın Amerikası və Karib hövzəsi ölkələrinin səsinin eşidilməsi belə vacibdir", - R. Tinkopa bildirib.

Oxşar xəbərlər

Uruqvaylı nazir: Mənzil siyasəti bütün sosial islahatların mərkəzində dayanmalıdır
Bakıda WUF13-ün ikinci günü işinə başlayıb
Nqa Kor Minq: Dünyada 2,8 milyard insan qlobal mənzil böhranı ilə üzləşib
WUF13-də mənzil siyasətinə dair "Dünya şəhərləri" hesabatı təqdim ediləcək
Misirin mənzil tikintisi naziri WUF13-də iştirak edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər