Rövşən Rzayev Kəlbəcərdə vətəndaşları qəbul edib
sizinxeber.az xəbər saytı

Rövşən Rzayev Kəlbəcərdə vətəndaşları qəbul edib


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev iyunun 19-da Kəlbəcər rayonunda vətəndaşları qəbul edib.

Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, qəbulda Kəlbəcər və Laçın rayonlarının sakinləri iştirak ediblər. Vətəndaşların müraciətlərində, əsasən, qayıdışın qeydiyyatı və təşkili, vahid aylıq müavinət, məşğulluq və digər sosial müdafiə tədbirləri haqqında müraciətlər üstünlük təşkil edib.

Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll edilib. Müraciətlərdə vurğulanan digər məsələlərin qısa müddətdə araşdırılacağı, həmçinin aidiyyəti üzrə dövlət qurumlarına çatdırılacağı bildirilib.

Oxşar xəbərlər

Rövşən Rzayev Ağdamda vətəndaşları qəbul edib
Rövşən Rzayev Ağdamda qəbul keçirib
Rövşən Rzayev Yevlaxda vətəndaşları qəbul edib
Göygöldə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
Kəlbəcərdə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər