Bakıda evdən 17 min manatlıq oğurluq edilib
sizinxeber.az xəbər saytı

Bakıda evdən 17 min manatlıq oğurluq edilib


Bakıda evdən 17 min manatlıq oğurluq edən şəxsləri polis saxlayıb.

Sizinxeber.az DİN-ə istinadən xəbər verir ki, Xətai rayonu ərazisində yerləşən evlərin birindən ümumilikdə 17000 manatdan artıq pul vəsaiti və qızıl-zinət əşyaları naməlum şəraitdə oğurlanıb. Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar – 35 yaşlı R.Şirinov və 33 yaşlı R.Abdullayev müəyyən olunaraq saxlanılıb.

Sumqayıt şəhərində isə bir nəfər polisə müraciət edərək icarədarı olduğu mağazadan mobil telefonunun oğurlanmasını bildirib. Əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı A.Əliyev saxlanılıb. Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs şəhər ərazisində digər bir nəfərə məxsus mobil telefonu da dələduzluq yolu ilə ələ keçirib.

Araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Sumqayıtda evlərdən silsilə oğurluq edən şəxslər saxlanılıb
Bakıda evdən 17 min manatlıq oğurluq olub
Bakıda evdən 15 min manatlıq qızıl oğurlanıb
Bakıda evdən 12 min manatlıq qızıl oğurlanlıb
Bakıda və Sumqayıtda evlərdən oğurluq edənlər saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər