Sumqayıtda evlərdən silsilə oğurluq edən şəxslər saxlanılıb
sizinxeber.az xəbər saytı

Sumqayıtda evlərdən silsilə oğurluq edən şəxslər saxlanılıb


Sumqayıt şəhəri ərazisində oğurluq hadisəsi qeydə alınıb. Belə ki, bir nəfər polisə müraciət edərək yaşadığı evdən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - 36 yaşlı E.Axundov və 33 yaşlı X.Hümbətov müəyyən edilərək saxlanılıblar.

Aparılan araşdırmalarla E.Axundovun əvvəllər məhkum olunmuş 35 yaşlı A.Ağayevlə birgə şəhər ərazisində yerləşən daha iki evdən pul və 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı məlum olub. Əməli törətməkdə şübhəli bilinən A.Ağayevin saxlanılması da təmin edilib.

Araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Sumqayıtda evlərdən 16 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Bakıda və Sumqayıtda evlərdən oğurluq edənlər saxlanılıb
Bakıda evdən 12 min manatlıq qızıl oğurlanlıb
Bakıda evdən 9 min manat və qızıl oğurlanıb
Bakıda silsilə oğurluq edən şəxslər tutulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər