Azərbaycanda son 5 ildə 158 bələdiyyənin fəaliyyətində cinayət əlamətləri aşkarlanıb
Azərbaycanda son 5 ildə 158 bələdiyyənin fəaliyyətində cinayət əlamətləri aşkarlanıb.
Sizinxeber.az-nın xəbərinə görə, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə (2024-cü il üzrə) əksini tapıb.
Qeyd edilib ki, daxil olmuş müraciətlərin intensivliyi, xarakteri və bələdiyyələr barədə məlumatların təhlilinin nəticələri nəzərə alınaraq son 5 il ərzində 158 bələdiyyənin (2020-ci ildə - 23; 2021-ci ildə - 27; 2022-ci ildə - 27; 2023-cü ildə - 30 və 2024-cü ildə - 51) fəaliyyətində cinayət əlamətləri aşkar edildiyindən toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün istintaq orqanlarına göndərilib.
Oxşar xəbərlər
77 bələdiyyənin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib
Bələdiyyələrin gəlirləri artıb
Bələdiyyələrlə əlaqədar 21 cinayət işi başlanıb
Keçən il bələdiyyələr tərəfindən 1416 akt ləğv edilib, 1133 akt dəyişdirilib
Bələdiyyələrin fəaliyyətində yol verilən səciyyəvi nöqsanlar üzə çıxarılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













