Keçən il bələdiyyələr tərəfindən 1416 akt ləğv edilib, 1133 akt dəyişdirilib
Keçən il ərzində inzibati nəzarət qaydasında baxılması üçün daxil olmuş 102831 (o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində - 2557) bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə (2024-cü il üzrə) əksini tapıb.
Nəticədə 99838 (97%) aktın qanunvericiliyə uyğun olduğu müəyyən edilib. Normativ hüquqi aktların tələblərinə zidd olan 2594 (2,5%) aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün bələdiyyələrə təkliflər verilib, 399 (0,5%) akt isə baxılmaqdadır.
Verilmiş təkliflər əsasında bələdiyyələr tərəfindən 1342 (51,7%) akt ləğv edilib, 1133 (43,7%) akt dəyişdirilib, 110 (4,2%) təklif isə baxılmaqdadır. Bələdiyyələr tərəfindən təmin olunmayan 9 (0,4%) təklif üzrə aidiyyəti məhkəmələrdə iddia qaldırılıb.
Bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş 4337 müraciətdən 3963-nə (91,4%) baxılıb, 129-u (3%) aidiyyəti üzrə göndərilib, 245 (5,6%) müraciət isə baxılmaqdadır. Müraciətlər üzrə inzibati nəzarət icraatı nəticəsində aşkar edilərək dəyişdirilməsi və ləğv edilməsi ilə bağlı aidiyyəti bələdiyyələrə verilmiş təkliflər əsasında qanunvericiliyin tələblərinə zidd 74 bələdiyyə aktının hamısı ləğv edilib.
Ümumilikdə həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı təklif verilmiş 2668 aktdan 1416-sı (53,1%) ləğv edilib, 1133-ü (42,5%) dəyişdirilib, 9 (0,3%) təklif üzrə məhkəmələrdə iddia qaldırılıb, 110 (4,1%) təklif isə baxılmaqdadır.
Oxşar xəbərlər
9720 ha torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktları ləğv edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda son 5 ildə 158 bələdiyyənin fəaliyyətində cinayət əlamətləri aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
77 bələdiyyənin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qanunsuz satılan torpaq sahələri bələdiyyələrə QAYTARILIB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bələdiyyələrin gəlirləri artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












