Kosmik fəaliyyət haqqında qanunvericiliyi pozanlar 5 min manatadək cərimələnəcək
sizinxeber.az xəbər saytı

Kosmik fəaliyyət haqqında qanunvericiliyi pozanlar 5 min manatadək cərimələnəcək


Kosmik fəaliyyət haqqında qanunvericiliyin pozulmasına görə 5 min manatadək cərimələr tətbiq ediləcək.

Sizinxeber.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 602-4.1-ci maddəsində əksini tapıb.

Layihəyə əsasən, Kosmik fəaliyyət haqqında qanunvericiliyin pozulmasına, yəni:

- Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsi Azərbaycan Respublikasından kənarda kosmik obyekt üzərində əmlak hüququnu əldə edənədək bu barədə milli kosmik operatora əvvəlcədən yazılı məlumat verməməsinə;

- Azərbaycan Respublikasının kosmik obyektlərinin dövlət reyestrində qeydiyyata alınmış kosmik obyektin mülkiyyətçisinin kosmik obyektin istismardan çıxarılması barədə dərhal milli kosmik operatora yazılı məlumat verməməsinə;

- Azərbaycan Respublikasından kənarda kosmik obyektin istehsalını sifariş etmiş Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsi sifariş verdiyi andan 30 (otuz) gün müddətində bu barədə milli kosmik operatora yazılı məlumat verməməsinə görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək.

Oxşar xəbərlər

Azərbaycanda kosmik obyektlərin rəsmi reyestri aparılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik olunur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kosmik turistlər tarixdə ilk dəfə olaraq kosmik gəmidən kənara çıxıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 çərçivəsində Kosmik Agentliklərin Rəhbərlərinin Sammiti keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
NASA-nın Aya endirdiyi kosmik gəmi aşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər