COP29 çərçivəsində Kosmik Agentliklərin Rəhbərlərinin Sammiti keçiriləcək
sizinxeber.az xəbər saytı

COP29 çərçivəsində Kosmik Agentliklərin Rəhbərlərinin Sammiti keçiriləcək


COP29 çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") “İqlim dəyişikliyi ilə mübarizədə kosmik çağırışlar: Kosmik Agentliklərin Rəhbərlərinin Sammiti”ni keçirəcək.

"Report" xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirlir ki, tədbir 20 qlobal kosmik agentliyin rəhbər komandalarını, Birləşmiş Millətlər Təşkilatının Kosmos Məsələləri üzrə Ofisi (UNOOSA), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Beynəlxalq Astronavtika Federasiyası, Millətlər Birliyi kimi beynəlxalq təşkilatları, eləcə də özəl sektorun liderlərini bir araya gətirəcək.

Sammitin məqsədi, kosmik texnologiyaların imkanlarından istifadə edərək iqlim dəyişikliyi ilə mübarizə üçün qlobal kosmos agentliklərini bir araya gətirməkdir. Birgə fəaliyyət planları və əməkdaşlıq vasitəsilə bu tədbir, kosmik texnologiyaların unikal imkanlarından faydalanaraq iqlim problemlərinin həllinə yönəlib.

Oxşar xəbərlər

"Azərkosmos" Millətlər Birliyi Təşkilatı ilə əməkdaşlığa başlayıb
"Azərkosmos" Mozambikə kosmik bilik ixrac edib
Azərbaycanda kosmik obyektlərin rəsmi reyestri aparılacaq
"Azərkosmos" iqlim fəaliyyətinə dəstək məqsədilə Millətlər Birliyi Təşkilatı ilə əməkdaşlığa başlayıb
Kosmik turistlər tarixdə ilk dəfə olaraq kosmik gəmidən kənara çıxıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər