Nazir: ATU-da iqlim dəyişikliyi və səhiyyə tədris olunacaq
sizinxeber.az xəbər saytı

Nazir: ATU-da iqlim dəyişikliyi və səhiyyə tədris olunacaq


“Ümumdünya Səhiyyə Təşkilatının rəhbərinin də dediyi kimi, iqlim böhranı həm də sağlamlıq böhranıdır. Ona görə də hesab edirəm ki, tərəflərin yekun sənəd üzrə razılaşma əldə etməsi mühüm hadisə olacaq".

Sizinxeber.az xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev COP29 Prezidentliyinin mətbuat konfransında deyib.

O əlavə edib ki, iqlim dəyişikliyi ilə mübarizəyə həm də tibb ixtisasları üzrə tədris proqramlarında dəyişikliklər edilməsi hesabına nail olmaq olar:

"Bu sahədə yeni texnologiyaların tətbiqi də zəruri şərtlərdəndir. Onu da bildirmək istəyirəm ki, bu ildən etibarən Azərbaycan Tibb Universitetinin II kursundan başlayaraq, tələbələrə iqlim dəyişikliyi və səhiyyə tədris olunacaq. Bütün bu addımlar bizə iqlim dəyişikliyinin qarşısını almağa yönələn təşəbbüslərə dəstək verilməsi imkanı qazandıracaq".

Oxşar xəbərlər

Teymur Musayev: ATU-da "İqlim dəyişikliyi və sağlamlıq" fənninin tədrisinə başlanılıb
ÜST Departament direktoru: İqlim dəyişikliyinin nəticəsi olan çirkli hava, su sağlamlıq problemlərinə yol açır
COP29-da beynəlxalq iqlim təşəbbüslərinin davamlılığı mövzusunda konfrans keçirilib
İqlim maliyyəsi iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır
COP29-un Prezidenti: Qobal iqlim məqsədlərinə nail olmaq imkanları genişdir, sadəcə həmrəyliyə ehtiyac var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər