COP29-da beynəlxalq iqlim təşəbbüslərinin davamlılığı mövzusunda konfrans keçirilib
COP29 çərçivəsində beynəlxalq iqlim təşəbbüslərinin tamamlayıcılığı və davamlılığı mövzusunda konfrans təşkil olunub.
APA xəbər verir ki, tədbirdə çıxış edən Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi, COP29 Fəaliyyət Gündəliyinin Qlobal Təşəbbüslər Qrupunun həmsədri Elmar Məmmədov bütün maraqlı tərəfləri iqlim təşəbbüslərinə qoşulmağa çağırıb:
"İqlim dəyişikliyi problemini həll etmək istəyiriksə, bu sahədə elan edilən təşəbbüslərə qoşulmalıyıq. Ötən gün iqlim dəyişikliyi ilə mübarizəyə investorların cəlbi üzrə təşəbbüs elan edilib. Hesab edirəm ki, COP29 iqlim dəyişikliyi ilə mübarizə təşəbbüslərinin mübadiləsi, eləcə də bu sahədə tərəfdaşlığın möhkəmləndirilməsi baxımından önəmli bir platformadır. Biz İqlim Razılaşmasının yekun variantının müxtəlif səviyyələrdə müzakirəsini təşkil etmişik. İndi isə demək olar ki, hər gün müxtəlif ölkələrdən iqlim təşəbbüslərinə dəstək xarakterli fikirlər eşidirik. Fürsətdən istifadə edib vətəndaş cəmiyyəti fəallarını bu sahədə elan edilən təşəbbüslərə qoşulmağa çağırırıq".
COP29-un baş danışıqçısı Yalçın Rəfiyev bildirib ki, iqlim dəyişikliyinə qarşı mübarizədə birgə iştirak bu istiqamətdəki səylərin effektivliyini artırır:
"İqlim dəyişikliyinin zərərli təsirlərindən qorunmaq və bu sahədəki öhdəliklərin icrası çox böyük əhəmiyyət kəsb edir. Bu kontekstdə tərəflərin birgə effektiv fəaliyyət göstərməsi iqlim dəyişikliyinə qarşı mübarizənin əsas elementini təşkil edir. Biz ümid edirik ki, COP29 çərçivəsində keçirilən öncəki tədbirlər kimi, bu konfrans da önəmli platforma olaraq yadda qalacaq. Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə sahəsində irəli sürülən bütün effektiv təşəbbüsləri dəstəkləyir. Biz inanırıq ki, müxtəlif panel və konfranslarda müzakirəyə çıxarılan məsələlər üzrə konsensusa nail olmaq mümkün olacaq".
Tədbir panel sessiyalarla davam edib.
Oxşar xəbərlər
Elmar Məmmədov: İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması nəzərdə tutulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yaxın günlərdə Azərbaycanın iqlim təşəbbüsləri BMT-nin Baş Assambleyasında irəli sürüləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
CCCPA baş direktoru: COP29-un bir hissəsi olmaqdan çox şadıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29-a hazırlıq Konfransında Azərbaycan sədrliyinin “İqlim və Sülh bağlantısı” mövzusunda təşəbbüsləri geniş dəstək qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: İqlim dəyişikliklərinin aqrar sahəyə təsiri həddən çoxdur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












