ÜST Departament direktoru: İqlim dəyişikliyinin nəticəsi olan çirkli hava, su sağlamlıq problemlərinə yol açır
COP29-un mövzusu, iqlim dəyişikliyi həm də sağlamlıqla əlaqəlidir.
Sizinxeber.az-nın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), UNICEF və "Lancet Countdown" təşkilatının iqlim, səhiyyə və uşaqlar mövzusundakı birgə mətbuat konfransında ÜST-ün Ətraf Mühit, İqlim Dəyişikliyi və Sağlamlıq Departamentinin direktoru Maria Neira bildirib.
Maria Neira deyib ki, COP29-da iqlim dəyişikliyi şəraitində sağlamlığı qorumağa da diqqət yönəldəcəklər: “Çirkli hava, su iqlim dəyişikliyinin nəticələridir və bu da sağlamlıq problemlərinə yol açır. Nəfəs aldığımız havanın keyfiyyətini daha da yaxşılaşdırmaqla hər il bu səbəbdən baş verən çoxlu sayda ölümün sayını azalda bilərik. Yəni iqlim dəyişikliyi ilə mübarizə aparmaqdan, bu prosesi yumşaltmaq üçün müdaxilələrdən çox şey qazana bilərik”.
Oxşar xəbərlər
UNICEF-in Proqram rəhbəri: İqlim sahəsində fəaliyyətə görə gələcək nəsillər qarşısında məsuliyyət daşıyırıq
İqlim maliyyəsi iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır
Saymon Stil: İqlim maliyyəsi həm də qlobal inflyasiyanın qarşısını almaq üçün bir sığortadır
COP29 sədrliyi uşaqları və gəncləri bu ilin iqlim siyasətində ön plana çəkmək öhdəliyini götürüb
Türkiyəli nazir: COP29-da iqlim dəyişikliyi ilə bağlı maliyyə mexanizmlərini müzakirə edəcəyik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













