Niyazi Bayramov Paris-2024-ün qızıl medalçısı İmaməddin Xəlilovla görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov parataekvando idman növü üzrə Dünya, Avropa, beynəlxalq turnirlərin çempionu, o cümlədən Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan İmaməddin Xəlilovla görüş keçirib.
Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov, idmançının məşqçisi Arif Xəlilov və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.
Niyazi Bayramov Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə idmanın, o cümlədən Paralimpiya hərəkatının inkişafına yüksək diqqət və qayğı göstərildiyini bildirib. O qeyd edib ki, məhz bu diqqətin nəticəsidir ki, bu il keçirilən Yay Paralimpiya Oyunlarında iştirak edən idmançılarımız yüksək nəticələr əldə edib və bayrağımızı Fransanın Paris şəhərində dalğalandırıblar. Niyazi Bayramov İmaməddin Xəlilovu Paris-2024 Yay Paralimpiya Oyunlarında qazandığı qələbə münasibətilə təbrik edərək ona gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.
Çıxış edən rəsmilər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkədə idmanın inkişafına göstərdikləri qayğıdan söz açıblar və idmançını təbrik ediblər.
İmaməddin Xəlilov da öz növbəsində ölkə rəhbərliyinə təşəkkürünü bildirib. Səmimi görüş üçün Niyazi Bayramova minnətdarlığını ifadə edən idmançı, daha əzmlə çalışacağını və gələcəkdə ölkəmizin bayrağını yüksək arenalarda dalğalandıracağını deyib.
Sonda xatirə şəkli çəkdirilib.
Oxşar xəbərlər
Paralimpiya Oyunlarında qızıl medal qazanan İmaməddin Xəlilovun Gəncədə qarşılanma mərasimi olub - FOTO
Niyazi Bayramov sakinlərlə görüşüb
Niyazi Bayramov vətəndaşlarla növbəti dəfə görüşüb
Gəncədə sakinlərlə səyyar görüş keçirilib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı növbəti dəfə sakinlərlə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İradə İmanbəyliyə vəzifə verildi












