Fərid Qayıbov ilə Allaberdi Saparov işçi qrupunun Bakı səfərini müzakirə ediblər
sizinxeber.az xəbər saytı

Fərid Qayıbov ilə Allaberdi Saparov işçi qrupunun Bakı səfərini müzakirə ediblər


Gənclər və idman naziri Fərid Qayıbov Türkmənistan Bədən Tərbiyəsi və İdman üzrə Dövlət Komitəsinin sədri Allaberdi Saparov ilə görüşüb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Görüşdə "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Türkmənistanın Bədən Tərbiyəsi və İdman üzrə Dövlət Komitəsi arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" çərçivəsində tərəflər arasında idman sahəsində əməkdaşlıq imkanları, təcrübə mübadiləsi və qarşılıqlı səfərlərin təşkili məsələləri müzakirə olunub.

Bildirilib ki, əməkdaşlığın genişləndirilməsi məqsədilə işçi qrupunun Bakıya səfərinin təşkili nəzərdə tutulur.

Qonaq daha sonra Bakı Atletika Mərkəzi ilə tanış olub.

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə gənclər və idman sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib
Fərid Qayıbov Estoniyaya səfər edib
Azərbaycan və İndoneziya arasında idman sahəsində əməkdaşlıq müzakirə olunub
Qazaxıstan və Azərbaycan milli idman növlərinin inkişafını gücləndirir
Fərid Qayıbov "Gənc idman liderləri" proqramının iştirakçıları ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər