Daha 6 baş minaaxtaran it əməliyyatlara cəlb olunacaq
İşğaldan azad edilmiş ərazilərin bərpası, infrastrukturun yaradılması və təhlükəsiz yaşayış mühitinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən həyata keçirilən əməliyyatların genişləndirilməsi, maddi-texniki bazanın və potensialın artırılması istiqamətində işlər davam etdirilir.
Sizinxeber.az xəbər verir ki, Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) ilə ANAMA arasında imzalanmış Anlaşma Memorandumuna əsasən 6 baş Malinua cinsli xüsusi təlim keçmiş minaaxtaran it (MAİ) Agentliyə təhvil verilib.
Humanitar minatəmizləmə fəaliyyətində səmərəli üsullardan biri hesab edilən minaaxtaran itlərin dəstəyindən texniki tədqiqat və minatəmizləmə əməliyyatlarında istifadə edilir.
Xüsusi hazırlıq keçmiş minaaxtaran itlər öz bələdçiləri ilə uyğunlaşma təlimindən və Beynəlxalq Minatəmizləmə Standartlarına (İMAS) uyğun akkreditasiyadan keçirildikdən sonra işğaldan azad edilmiş ərazilərdə humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunacaq.
Oxşar xəbərlər
ABŞ Azərbaycana daha iki minaaxtaran it verib - FOTO
Laçında Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib - FOTO
ABŞ Azərbaycana daha altı minaaxtaran it verib - FOTO - YENİLƏNİB
BMTİP Qarabağda minaaxtaran itlərdən bəhs edən filmin kadrlarını təqdim edib
Finlandiyanın sabiq müdafiə naziri ilə Azərbaycanda mina problemi müzakirə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
