Səfir: İran dondurulmuş aktivləri ilə nə edəcəyinə qərar verən yeganə ölkədir
ABŞ və İran arasında aparılan sülh danışıqlarında mühüm irəliləyiş əldə olunub.
“Reuters” xəbər verir ki, bu barədə İranın BMT-nin Cenevrədəki ofisində daimi nümayəndəsi Əli Bəhreyni bildirib.
O, Tehranın dondurulmuş aktivlərinin ABŞ məhsullarının alınmasına yönəldiləcəyi barədə Vaşinqtonun iddialarını təkzib edib.
“Dünən texniki səviyyədə aparılan danışıqlar çox yaxşı keçib. Yaxın günlərdə İrana qarşı sanksiyaların ləğvi və İranın nüvə fəaliyyəti ilə bağlı məsələləri müzakirə etmək üçün iki işçi qrupu yaradılacaq”, – Bəhreyni jurnalistlərə bildirib.
Bəhreyni ABŞ-ın vitse-prezidenti Vensin İranın dondurulmuş vəsaitlərinin istifadəsinə Vaşinqton və Dohanın nəzarət edəcəyi barədə açıqlamasına da münasibət bildirib: “İran dondurulmuş aktivləri ilə nə edəcəyinə qərar verən yeganə ölkədir. Hər hansı başqa dövlətin bu qərarlara və ya proseslərə təsir göstərə biləcəyi barədə iddiaları rədd edirəm”.
İran rəsmisinin sözlərinə görə, aktivlərin bir hissəsinin Qətərdə yerləşməsi və onların ABŞ sanksiyaları ilə dondurulması səbəbindən texniki prosedurlar Vaşinqton və Doha ilə koordinasiya ediləcək: “Lakin İran onların digər proseslərə, o cümlədən malların alınması və idxalı məsələlərinə təsir göstərməsinə imkan verməyəcək. Bu barədə qərarı yalnız İran verəcək”.
Məlumata görə, İranın dondurulmuş aktivlərinin əsas hissəsini xaricdə saxlanılan neft gəlirləri və Mərkəzi Bankın ehtiyatları təşkil edir. İlkin razılaşma çərçivəsində təxminən 12 milyard dollar vəsaitin sərbəst buraxılması gözlənilir.
Oxşar xəbərlər
Xameneinin müşaviri: ABŞ İranla saziş üçün 24 milyard dollarlıq aktivləri azad etməlidir
İran XİN rəhbəri: Dondurulmuş aktivlər məsələsi ABŞ ilə danışıqların bir hissəsi olaraq qalacaq
Qaribabadi: Dondurulmuş aktivlər məsələsi ABŞ ilə danışıqların bir hissəsi olaraq qalacaq
İranın ABŞ-la 14 maddəlik razılaşmasının detalları bilinib
Əraqçi: İran bir sıra məsələlər üzrə Qətər və Pakistanın vasitəçiliyi ilə irəliləyiş əldə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
