

Laçında Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib - FOTO
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun növbəti səyyar iclası Laçın rayonunda keçirilib.
Sizinxeber.az-nın Qarabağ bürosu xəbər verir ki, səfərdə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) və İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.
İclasda açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri, İşçi qrupun rəhbəri Vüqar Süleymanov işğaldan azad edilmiş ərazilərin inkişaf planına uyğun olaraq həmin ərazilərdə ANAMA və cəlb olunmuş digər qurumlar, eləcə də yerli şirkətlər tərəfindən genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyətinin icra olunduğunu qeyd edib. Bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda minatəmizləmə layihələri əsasən yaşayış infrastrukturunun yaradılması, nəqliyyat, energetika, kənd təsərrüfatı sahələri, sənaye parkları və digər prioritet istiqamətlərdə aparılır. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə 2020-ci ilin 10 noyabr tarixindən bugünədək ümumilikdə 155 447 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. İşğaldan azad edilmiş ərazilərə geri qayıdan əhali, habelə bu ərazilərdə çalışan insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə ANAMA tərəfindən mütəmadi olaraq keçirilən maarifləndirmə təlimlərinin vacibliyini vurğulayan Vüqar Süleymanov Laçın şəhərinin, Sus və Zabux kəndlərinin əhalisinə də bu istiqamətdə təlimlərin keçirildiyini qeyd edib.
Sonra İşçi qrupun digər üzvləri tərəfindən təmsil etdikləri qurumların bu sahədə gördüyü işlər barədə məlumat verilib və təqdim olunan hesabatlar müzakirə edilib.
Səfər çərçivəsində İşçi qrup üzvləri Cəbrayıl rayonu ərazisində ANAMA tərəfindən Cocuq Mərcanlı kəndində, eləcə də yerli şirkət tərəfindən Sarıcallı kəndində həyata keçirilən minalardan təmizlənmə əməliyyatları ilə tanış olublar, aşkar edilən mina və partlamamış hərbi sursatların partlayış yolu ilə zərərsizləşdirilməsi prosesini müşahidə ediblər.
Oxşar xəbərlər
ANAMA sədri: İndiyədək 156 min hektara yaxın ərazi minadan təmizlənib
Laçında Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
ANAMA sədri: Vətən müharibəsindən indiyədək 377 nəfər minaların qurbanı olub
Azad edilmiş ərazilərdə ötən ay 649 mina, 3079 PHS aşkarlanıb
Ötən ay azad edilmiş ərazilərdə 649 mina zərərsizləşdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
