Finlandiyanın sabiq müdafiə naziri ilə Azərbaycanda mina problemi müzakirə olunub
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov Finlandiya Respublikasının sabiq müdafiə naziri Jan-Erik Enestamın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
ANAMA-dan Sizinxeber.az-ya verilən məlumata görə, görüşdə Azərbaycanda mövcud mina probleminin miqyası, heç bir hərbi normalara riayət olunmadan, nizamsız qaydada ərazilərin minalanması, keçmiş təmas xətti əraziləri ilə yanaşı mülki təyinatlı ərazilərin də minalarla ciddi şəkildə çirkləndirilməsi, aşkar edilən tələ minaları, eləcə də mina təhlükəsinin aradan qaldırılması istiqamətində ölkəmizdə həyata keçirilən genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti haqqında nümayəndə heyətinə ətraflı məlumat verilib.
Jan-Erik Enestam təqdim edilən məlumatlara görə təşəkkürünü bildirib, mina təhlükəsi ilə mübarizə fəaliyyətində Azərbaycanın əldə etdiyi nailiyyətlərin təqdirəlayiq olduğunu və Azərbaycana səfər zamanı verilən məlumatlara əsasən hazırlanacaq hesabatın Finlandiyanın müvafiq qurumlarına təqdim ediləcəyini səsləndirib.
Eyni zamanda, Bəhruz Məmmədov ölkəmizin üzləşdiyi mina probleminin aradan qaldırılması istiqamətində beynəlxalq tərəfdaşlığın və dəstəyin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edilib ki, görüş “Finlandiya-Azərbaycan Dostluq Cəmiyyəti” tərəfindən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə ünvanlanmış müraciət əsasında təşkil edilib.
Oxşar xəbərlər
Azərbaycanla Xorvatiya arasında siyasi məsləhətləşmələr aparılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Türkiyə arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
MN: Azad edilmiş ərazilərdə bu il 955 mina, 1405 PHS aşkarlanıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Laçında Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-li səyyah: Beynəlxalq ictimaiyyət mina probleminin həlli üçün mütləq birləşməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












