Nazir müavini: "Aqrar sektorda texnika subsidiyaları 60 %-ə qədər artırıla bilər"
Azərbaycanda aqrar sektorda texnika subsidiyaları 60 %-ə qədər yüksələ bilər.
"Sizinxeber.az"un Saatlıya ezam olunmuş müxbiri xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, pambıqçılıqda dövlət dəstəyinin artırılması məsələsi yalnız birbaşa subsidiya mexanizmi ilə məhdudlaşmır: "Bu sahədə dəstəyin genişləndirilməsi kompleks yanaşma tələb edir. Pambıq proqramı çərçivəsində əsas hədəflərdən biri məhsuldarlığın 50 sentnerə çatdırılmasıdır. Bunun üçün sahələrdə lazer-malanın tətbiqi və müasir suvarma sistemlərinin qurulması zəruri hesab olunur. Əks halda, bu məhsuldarlıq səviyyəsinə nail olmaq çətinləşə bilər".
Nazir müavini qeyd edib ki, bu istiqamətdə dövlət dəstəyinin artırılması da nəzərdə tutulur: "Fermerlər müasir suvarma sistemlərinin qurulması və texnologiyaların tətbiqi üçün əlavə dəstək mexanizmlərindən yararlana biləcəklər: "Eyni zamanda, dəstək faizlərinin artırılması mümkündür. Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq Aqrar Subsidiya Şurası tərəfindən kənd təsərrüfatı texnikasına tətbiq edilən güzəştlərin faizi 60 %-ə qədər müəyyən edilə bilər. Bu isə prioritet sahələrdə texnikanın daha yüksək səviyyədə dəstəklənməsi deməkdir. Digər tərəfdən, lazer-malanın tətbiqi ilə bağlı da dəstək mexanizmi nəzərdən keçirilir. Bu texnikanın alışı üzrə subsidiyaların verilməsi də gündəmdədir. Pambıqçılıq sahəsində məhsul subsidiyası artıq tətbiq olunur və fermerlərin vəziyyəti, eləcə də bazar şərtləri nəzərə alınmaqla illər üzrə artırıla bilər. Bu məsələlər Aqrar Subsidiya Şurasında müzakirə edilərək qərara alınır".
İ. Qədimova deyib ki, ümumilikdə, aqrotexniki qulluqları düzgün həyata keçirən fermerlərin daha geniş dəstək alacağı gözlənilir: "Bu baxımdan pambıqçılıq sahəsində dəstəyin mərhələli şəkildə artırılması mümkündür. Su təminatı məsələsinə gəlincə, ölkədə bu istiqamətdə artıq dövlət proqramları və fundamental layihələr icra olunur. Bu layihələr böyük kanalların, su anbarlarının və su şəbəkələrinin yaradılmasını əhatə edir. Suvarma suyunun kənd təsərrüfatında istifadəsi nəzərə alındıqda, bu tədbirlər aqrar sektora birbaşa müsbət təsir göstərir. Hər rayon, hər bölgə və hətta hər kənd üzrə su təminatı fərqli mənbələr və infrastruktur vasitəsilə həyata keçirilir. Buna görə də su məsələsinə ümumi deyil, lokal yanaşma ilə qiymət verilməsi daha doğru hesab olunur".
Oxşar xəbərlər
Nazir müavini: "Hədəf rayonlarda məhsuldarlığı 50 sentnerə çatdırmaq nəzərdə tutulur"
Nazir müavini: "İntensiv və super intensiv bağlar üzrə yeni inkişaf mərhələsi başlayır"
İlhamə Qədimova: "Dövlət Proqramı dayanıqlı aqrar sektor formalaşdırmağı nəzərdə tutur"
Azərbaycanda suvarma üçün subsidiyanın artırılması nəzərdə tutulur
Nazir müavini: "Süd və ət məhsullarının idxaldan asılılığı azaldılacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
