ABŞ Azərbaycana daha altı minaaxtaran it verib - FOTO - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

ABŞ Azərbaycana daha altı minaaxtaran it verib - FOTO - YENİLƏNİB


Mina və partlamamış hərbi sursat təmizləmə işlərində iştirak etmək üçün ABŞ-dan Azərbaycana daha altı it gətirilib.

Sizinxeber.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfiri Mark Libby “X” platformasında məlumat paylaşıb.

"Azərbaycana minalardan əraziləri təmizləmək üçün altı yeni qəhrəman gəldi! Berta, Dum, Dasti, Keri, Keno və Reks minaları təmizləmək üçün buradadır", - səfir vurğulayıb.

***
17:34

Mina və partlamamış hərbi sursat təmizləmə işlərində iştirak etmək üçün ABŞ-dan Azərbaycana daha iki it gətirilib.

Sizinxeber.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Mark Libby “X” platformasında məlumat paylaşıb.

Səfir itləri hava limanında qarşıladıqlarını və onların ANAMA-ya təqdim ediləcəyini bildirib.

“Berta və Dum ANAMA-nın minaları və partlamamış hərbi sursatları təmizləmək missiyasına qoşulmaq üçün Azərbaycana gəlmiş altı minaaxtaran itdən ikisidir. İtlər və onların zəhmətkeş ABŞ və Azərbaycan təlimçiləri Azərbaycanda icmaların daha təhlükəsiz şəraitində yaşayışı təmin etməkdə mühüm rol oynayırlar” – səfir əlavə edib.

Oxşar xəbərlər

ABŞ Azərbaycana daha iki minaaxtaran it verib - FOTO
ABŞ Azərbaycana daha iki minaaxtaran it göndərib
Səfir: “Əsrin müqaviləsi”nin ABŞ-Azərbaycan münasibətlərində xüsusi yeri var
Səfirlik: ABŞ 11 sentyabr terroru zamanı Azərbaycanın dəstəyini unutmayıb
ANAMA sədri: İndiyədək 156 min hektara yaxın ərazi minadan təmizlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər