Əhliman Əmiraslanov: Tibb işçilərinin yaş həddi 70 yaşa qaldırılsın » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
may
2025
13:50

Əhliman Əmiraslanov: Tibb işçilərinin yaş həddi 70 yaşa qaldırılsın

27 may, 2025
13:50
547

Əhliman Əmiraslanov: Tibb işçilərinin yaş həddi 70 yaşa qaldırılsın

Tibb işçilərinin yaş həddinin 65-dən 70 yaşa qaldırılması məsələsi ilə bağlı hamımıza müraciət edirlər.

APA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Əhliman Əmiraslanov deyib.

“Vaxtilə Milli Məclisdə yaş həddinin 65 olmasını hamımız qəbul etmişik. Səhiyyə Nazirliyindən də xahişimiz bundan ibarətdir ki, yaş həddi götürülsün. Bu, bölgələrdə həkim çatışmazlığının aradan qaldırılmasına kömək edəcək”, - deyə komitə sədri vurğulayıb.

Bizimlə əlaqə saxlayın