Pulsuz dərman vasitələri ilə bağlı yeni qayda tətbiq olunacaq
Pulsuz dərman vasitələri ilə bağlı yeni qayda tətbiqi nəzərdə tutulur.
Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin keçirilən iclasında "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə Səhiyyə Nazirliyinin Tibb müəssisələrinin Akkreditasiyası və keyfiyyətə nəzarət Mərkəzi PHŞ-ın İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Şərafət İsmayılova deyib.
O bildirib ki, pulsuz dərman vasitələri şəxslərə evlərində, ya da əczaçılar tərəfindən çatdırılacaq: “Pulsuz dərmana ehtiyacı olan və kəndlərdə regionlarda yaşayan şəxslər rayon mərkəzinə gəlməyə məcbur olur. Həmin şəxslərin səhhətində onsuz da problem var”.
Komitə sədri Əhliman Əmiraslanov isə bildirib ki, şiş əleyhinə olan dərman vasitələrinin bölgələrdə evlərdə əhaliyə çatdırılması mümkün deyil: "Çünki həmin dərmanların saxlanması üçün şərait uyğun olmalıdır. Bu da regionlarda mümkün deyil".
Oxşar xəbərlər
İlkin səhiyyə yardımları çərçivəsində skrininq proqramları tətbiq olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda teletibb xidmətləri tətbiq olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisdə ilkin tibbi xidmətlərdə problemlərlə bağlı dinləmə keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisdə səhiyyə sahəsi ilə bağlı iki dinləmə keçiriləcək - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tarif Şurasından iclas: Dərman qiymətləri... [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













