FHN-in Şimal Regional Mərkəzi zona birinciliyi keçirib
Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən “Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, FHN-in təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarətdir.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edənlər yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.
Yarışda Şimal Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələri iştirak ediblər.
Yarış “Komandaların təqdimatı”, “Kombinə edilmiş yanğın estafeti” və “Maneələr zolağı” adlı üç mərhələdən ibarət olub.
Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Qusar rayonu, Yuxarı Zeyxur kənd tam orta ümumtəhsil məktəbinin komandası I yerə, Quba rayonu, Zərdabi qəsəbə tam orta ümumtəhsil məktəbinin komandası II yerə, Xaçmaz rayonu, Niyazoba kənd tam orta ümumtəhsil məktəbinin komandası isə III yerə layiq görülüb.
Qeyd edək ki, qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.
Oxşar xəbərlər
“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib
“Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika yarışlarının zona birinciliyini keçirib
Gəncədə “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib
FHN-in Qarabağ Regional Mərkəzi zona birinciliyi keçirib
FHN-in Bakı Regional Mərkəzi zona birinciliyi keçirib- VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
-
Uşaqların sosial şəbəkələrdə qeydiyyatı qanunla tənzimlənəcək
-
NASA astronavtlara hava sızması səbəbindən mümkün təxliyəyə hazırlaşmaq göstərişi verib
-
Şimali Koreya lideri yeni esminesin dəniz sınaqlarını yoxlayıb
-
Finlandiya immiqrantlar üçün işsizlik müavinətlərini azaltmağı planlaşdırır
-
Azərbaycanda ilk qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası Ağstafada istifadəyə verilib
