Rafael Şvartsman: Avropa hava limanlarının yüksək tarifləri aviaşirkətlərə zərər vurur
sizinxeber.az xəbər saytı

Rafael Şvartsman: Avropa hava limanlarının yüksək tarifləri aviaşirkətlərə zərər vurur


Hava limanı yığımları Avropa aviasiya sənayesi üçün ən ciddi problemlərdən biri olaraq qalır.

"Report"un Rio-de-Janeyroya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Avropa üzrə regional vitse-prezidenti Rafael Şvartsman IATA-nın 82-ci illik ümumi yığıncağı (AGM) və Ümumdünya Hava Nəqliyyatı Sammiti (WATS) çərçivəsində keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, aviasiya yanacağının qiymətlərinin artması aviaşirkətlərə təzyiqi gücləndirərək onları xərclərin bütün digər tərkib hissələrinə daha çox diqqət yetirməyə məcbur edib.

"Hava limanı yığımları ciddi problem olaraq qalır. Bəzi hava limanları pandemiya zamanı məruz qaldıqları itkiləri hələ də tarifləri artırmaq hesabına kompensasiya etməyə çalışır. Lakin bu gün belə qərarlar Avropa aviasiyasının rəqabətqabiliyyətliliyinə birbaşa zərər vurur", - R. Şvartsman bildirib.

O qeyd edib ki, mövcud problemləri ən əyani şəkildə Hitrou, Sxiphol hava limanlarındakı və İspaniyanın hava limanı şəbəkəsindəki vəziyyət əks etdirir.

"Hitrouda qüvvədə olan tənzimləmə modeli hələ də nə sərnişinlərin, nə də bütövlükdə iqtisadiyyatın maraqlarına cavab verir. Yaxın beş il ərzində yığımlar təxminən cari səviyyədə qalacaq, lakin onlar onsuz da dünyanın ən yüksəkləri sırasındadır. Əgər hava limanının genişləndirilməsi layihəsi həyata keçirilərsə, əlavə xərclər mövcud və onsuz da şişirdilmiş tarif bazasının üzərinə düşəcək. Məhz buna görə də daha genişmiqyaslı islahata ehtiyac var.

Biz həmçinin İspaniyanın AENA operatorunun tarif təklifinə etiraz etdik və tənzimləyici tərəfindən sərnişin axını və gəlirlilik proqnozlarına yenidən baxılması da daxil olmaqla, bir sıra konstruktiv dəyişikliklər gördük. Birbaşa təsir hələlik məhduddur, lakin bu, uzunmüddətli perspektivdə daha real yanaşmadan xəbər verir.

Sxiphol hava limanına gəldikdə, hava limanı yığımlarına 10 % həcmində müvəqqəti endirim müsbət addımdır və aviaşirkətlərə münasibətdə müəyyən çeviklik nümayiş etdirir. Lakin bu, ötən il təsdiq edilmiş tariflərin 33 % artırılması kontekstində nəzərdən keçirilməlidir. Nəticədə hava limanı yığımları 2019-cu il səviyyəsi ilə müqayisədə faktiki olaraq iki dəfə artıb", - IATA-nın vitse-prezidenti vurğulayıb.

Oxşar xəbərlər

IATA: Avropanın hava əlaqəsində ciddi fasilələrin olması riski var
IATA: Aİ ekoloji aviasiya yanacağından istifadəyə dair yanaşmanı yenidən nəzərdən keçirməlidir
Rafael Şvartsman: "Mərkəzi Asiya əsas tranzit aviasiya qovşaqlarından birinə çevrilə bilər"
Rafael Şvarstman: "Mərkəzi Asiya əsas tranzit aviasiya qovşaqlarından birinə çevrilə bilər"
IATA reys gecikmələrinə görə kompensasiya həddinin artırılmasını təklif edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər