FHN-in Qarabağ Regional Mərkəzi zona birinciliyi keçirib
Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzində “Gənc xilasedici və yanğınsöndürən” XII Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.
Nazirliyin Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil, eləcə də Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb.
Keçirilən yarışda Qarabağ Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələri iştirak ediblər.
Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Komandaların təqdimatı” və “Gənc ekspertlər” adlı üç mərhələdən ibarət olub
Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Ağcabədi şəhər 2 nömrəli tam orta məktəbinin komandası I yerə, Ağdam rayon Quzanlı qəsəbə tam orta məktəbin komandası II yerə, Tərtəri şəhər 1 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Qeyd edək ki, qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.
Oxşar xəbərlər
FHN-in Cənub Regional Mərkəzi zona birinciliyi keçirib
FHN-in Aran Regional Mərkəzi “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyini keçirib
Gəncədə “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib
Sumqayıtda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













