IATA: Avropanın hava əlaqəsində ciddi fasilələrin olması riski var
Avropa Giriş-Çıxış Sistemi (EES) aviasiya sənayesində hələ də ciddi narahatlıq doğurur.
"Sizinxeber.az"un Rio-de-Janeyroya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Avropa üzrə regional vitse-prezidenti Rafael Şvartsman IATA-nın 82-ci illik ümumi yığıncağı (AGM) və Ümumdünya Hava Nəqliyyatı Sammiti (WATS) çərçivəsində keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, EES sistemi Avropanın nəqliyyat əlaqələrini və cəlbediciliyini qoruyub saxlamaqla yanaşı, əməliyyat fəaliyyətinin davamlılığını, sərnişinlərin təhlükəsizliyini və sərhədlərin mühafizəsini təmin etməlidir:
"Artıq Portuqaliya, İspaniya, İtaliya, Yunanıstan, Belçika və bir sıra digər ölkələrdə reyslərin birləşməsində gecikmələr və fasilələr müşahidə edirik. Zəruri tədbirlər görülməzsə, yay mövsümündə vəziyyət daha da pisləşə və sərnişinlər üçün ciddi narahatlıqlara səbəb ola bilər".
O vurğulayıb ki, dövlətlər dörd əsas istiqamətə diqqət yetirməlidirlər:
"Birincisi, sərhəd məntəqələrinin xüsusilə pik saatlarda kifayət qədər işçi heyəti ilə təmin olunması zəruridir. Reyslərin cədvəli əvvəlcədən məlumdur. Buna görə də resurslar gözlənilən sərnişin axınına uyğun olmalıdır.
İkincisi, özünəxidmət terminallarının fasiləsiz işləməsinə və sərnişinlərə yardım göstərməyə hazır olan əməkdaşların mövcudluğuna zəmanət verilməlidir.
Üçüncüsü, EES mobil tətbiqi yalnız ayrı-ayrı ölkələrdə deyil, bütün Avropada tətbiq edilməlidir.
Biz həmçinin Avropa İttifaqını sentyabrın 7-dən sonra sistemin fəaliyyətinin qismən dayandırılması imkanını uzatmağa və lazım gəldikdə onun tətbiqinə icazə verməyə çağırırıq. Bundan əlavə, gözləmə vaxtı və səmərəlilik göstəriciləri məsələlərində aviaşirkətlər və hava limanları ilə şəffaf qarşılıqlı əlaqənin təmin edilməsi tələb olunur", - R.Şvartsman bildirib.
Oxşar xəbərlər
Rafael Şvarstman: "Mərkəzi Asiya əsas tranzit aviasiya qovşaqlarından birinə çevrilə bilər"
IATA: “Azərbaycan dayanıqlı aviasiya yanacağına keçidə hazırlaşır”
Rafael Şvartsman: "Heydər Əliyev Beynəlxalq Aeroportunun inkişafı üçün master-plan hazırlanır"
IATA direktoru: Neftin ucuzlaşması hava nəqliyyatına təsir edə bilər
Bakı IATA-nın Aviasiya Enerji Forumuna ev sahibliyi edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
-
Uşaqların sosial şəbəkələrdə qeydiyyatı qanunla tənzimlənəcək
-
NASA astronavtlara hava sızması səbəbindən mümkün təxliyəyə hazırlaşmaq göstərişi verib
-
Şimali Koreya lideri yeni esminesin dəniz sınaqlarını yoxlayıb
-
Finlandiya immiqrantlar üçün işsizlik müavinətlərini azaltmağı planlaşdırır
-
Azərbaycanda ilk qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası Ağstafada istifadəyə verilib
