Rafael Şvarstman: "Mərkəzi Asiya əsas tranzit aviasiya qovşaqlarından birinə çevrilə bilər"
Mərkəzi Asiya regionu sürətli artım nümayiş etdirir və böyük tranzit aviasiya qovşağına çevrilmək üçün əhəmiyyətli potensiala malikdir.
"Sizinxeber.az"un Rio-de-Janeyroya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Avropa üzrə regional vitse-prezidenti Rafael Şvarstman IATA-nın 82-ci illik ümumi yığıncağı (AGM) və Ümumdünya Hava Nəqliyyatı Sammiti (WATS) çərçivəsində keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, regionun inkişafına təkcə iqtisadi artım deyil, həm də mövcud geosiyasi vəziyyət kömək edir:
"Mərkəzi Asiya ölkələri mühüm tranzit qovşağına çevrilmək potensialına malikdir. Bu istiqamətdə artımın əlavə amili kimi indiki geosiyasi vəziyyət çıxış edir. Bu gün Şərq və Qərb arasında uçuşlar üçün bir sıra hava məkanlarının bağlandığını müşahidə edirik. Bu da trafikin bir hissəsinin bu region vasitəsilə yönləndirilməsinə gətirib çıxarır və onun inkişafı üçün yeni imkanlar yaradır. Xüsusilə, yük daşımaları üçün əlavə perspektivlər açılır. Marşrutlar uzanıb və bir sıra hallarda aralıq enmələrə ehtiyac yaranır. Hazırda bu potensialın reallaşdırılması yolları fəal şəkildə müzakirə olunur. Məhz buna görə biz regionda həm sərnişin, həm də yük daşımalarında çox yüksək artım templəri görürük. Eyni zamanda, mövcud potensial hələ tam tükənməyib".
Oxşar xəbərlər
IATA: Avropanın hava əlaqəsində ciddi fasilələrin olması riski var
Tehran beynəlxalq və tranzit uçuşlar üçün İranın mərkəzi hava məkanını açıb
Rafael Şvartsman: "Heydər Əliyev Beynəlxalq Aeroportunun inkişafı üçün master-plan hazırlanır"
IATA: “Azərbaycan dayanıqlı aviasiya yanacağına keçidə hazırlaşır”
Jozef Sikela: “TBNM-in inkişafı Türkmənbaşını Avropa və Asiya arasında əsas tranzit qovşağına çevirəcək”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
-
Uşaqların sosial şəbəkələrdə qeydiyyatı qanunla tənzimlənəcək
-
NASA astronavtlara hava sızması səbəbindən mümkün təxliyəyə hazırlaşmaq göstərişi verib
-
Şimali Koreya lideri yeni esminesin dəniz sınaqlarını yoxlayıb
-
Finlandiya immiqrantlar üçün işsizlik müavinətlərini azaltmağı planlaşdırır
-
Azərbaycanda ilk qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası Ağstafada istifadəyə verilib
