"Bild": Sorğuda iştirak edən Almaniya vətəndaşlarının yalnız 15 %-i Mertsin işindən razıdır
Almaniyada getdikcə daha çox vətəndaş kansler Fridrix Mertsin fəaliyyətindən narazıdır.
"Sizinxeber.az" xəbər verir ki, bu, "Bild" qəzetinin sifarişi ilə INSA tərəfindən keçirilmiş növbəti sorğunun məlumatlarından aydın olur.
Nəticələrə görə, sorğuda iştirak edənlərin yalnız 15 %-i Mertsin fəaliyyətini bəyənir. Aprel ayının sonu ilə müqayisədə bu göstərici 4 faiz bəndi (f.b.) azalaraq antirekord qırıb. Eyni zamanda, 77 % (üstəgəl 6 f.b.) kanslerdən narazıdır, daha 8 % isə cavab verməkdə qərarsız qalıb.
Merts hökumətinin işindən respondentlərin yalnız 16 %-i razıdır, 78 %-i isə onu mənfi qiymətləndirir.
Həmçinin INSA-nın məlumatına görə, Xristian Demokratik və Xristian Sosial İttifaqları (XDP/XSİ) blokunun reytinqi 21 %-ə düşüb. "Almaniya üçün Alternativ"dən (AfD) geriləmə artıq 8 faiz bəndi təşkil edir.
Qeyd olunur ki, XDP/XSİ üçün bu, 2021-ci ilin sonundan bəri ən pis göstəricidir. Kansler Fridrix Mertsin (XDP sədri) dövründə mühafizəkar bloka dəstək səviyyəsi heç vaxt bu qədər aşağı olmayıb.
Respondentlərin 29 %-i AfD-yə səs verməyə hazırdır.
İyunun əvvəlində keçirilən sorğularda təxminən 2300 nəfər iştirak edib.
Oxşar xəbərlər
INSA: Almanların 70 %-dən çoxu Kansler Mertsin işindən narazıdır
Almaniyada keçirilən sorğuya qatılanların çoxu Mertsin fəaliyyətindən narazıdır
"Bild": Almaniya vətəndaşlarının Mertsə etimadı getdikcə daha da azalır
"Bild": "Almaniya üçün Alternativ" sorğu zamanı Mertsin partiyasını qabaqlayıb
Almaniya kansleri Fridrix Mertsin reytinqi azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
-
Uşaqların sosial şəbəkələrdə qeydiyyatı qanunla tənzimlənəcək
-
Şimali Koreya lideri yeni esminesin dəniz sınaqlarını yoxlayıb
-
Finlandiya immiqrantlar üçün işsizlik müavinətlərini azaltmağı planlaşdırır
-
Azərbaycanda ilk qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası Ağstafada istifadəyə verilib
-
DİN: Ötən gün 10 silah aşkarlanaraq götürülüb
