Rafael Şvartsman: "Mərkəzi Asiya əsas tranzit aviasiya qovşaqlarından birinə çevrilə bilər"
Mərkəzi Asiya regionu sürətli artım nümayiş etdirir və böyük tranzit aviasiya qovşağına çevrilmək üçün əhəmiyyətli potensiala malikdir.
"Sizinxeber.az"un Rio-de-Janeyroya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Avropa üzrə regional vitse-prezidenti Rafael Şvartsman IATA-nın 82-ci illik ümumi yığıncağı (AGM) və Ümumdünya Hava Nəqliyyatı Sammiti (WATS) çərçivəsində keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, regionun inkişafına təkcə iqtisadi artım deyil, həm də mövcud geosiyasi vəziyyət kömək edir:
"Mərkəzi Asiya ölkələri mühüm tranzit qovşağına çevrilmək potensialına malikdir. Bu istiqamətdə artımın əlavə amili kimi indiki geosiyasi vəziyyət çıxış edir. Bu gün Şərq və Qərb arasında uçuşlar üçün bir sıra hava məkanlarının bağlandığını müşahidə edirik. Bu da trafikin bir hissəsinin bu region vasitəsilə yönləndirilməsinə gətirib çıxarır və onun inkişafı üçün yeni imkanlar yaradır. Xüsusilə, yük daşımaları üçün əlavə perspektivlər açılır. Marşrutlar uzanıb və bir sıra hallarda aralıq enmələrə ehtiyac yaranır. Hazırda bu potensialın reallaşdırılması yolları fəal şəkildə müzakirə olunur. Məhz buna görə biz regionda həm sərnişin, həm də yük daşımalarında çox yüksək artım templəri görürük. Eyni zamanda, mövcud potensial hələ tam tükənməyib".
Oxşar xəbərlər
Rafael Şvarstman: "Mərkəzi Asiya əsas tranzit aviasiya qovşaqlarından birinə çevrilə bilər"
IATA: Avropanın hava əlaqəsində ciddi fasilələrin olması riski var
Rafael Şvartsman: Avropa hava limanlarının yüksək tarifləri aviaşirkətlərə zərər vurur
IATA: Aİ ekoloji aviasiya yanacağından istifadəyə dair yanaşmanı yenidən nəzərdən keçirməlidir
Rafael Şvartsman: "Heydər Əliyev Beynəlxalq Aeroportunun inkişafı üçün master-plan hazırlanır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
-
Uşaqların sosial şəbəkələrdə qeydiyyatı qanunla tənzimlənəcək
-
Şimali Koreya lideri yeni esminesin dəniz sınaqlarını yoxlayıb
-
Finlandiya immiqrantlar üçün işsizlik müavinətlərini azaltmağı planlaşdırır
-
Azərbaycanda ilk qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası Ağstafada istifadəyə verilib
-
DİN: Ötən gün 10 silah aşkarlanaraq götürülüb
