Stefano Titotto: "Ağıllı şəhər"lər "ağıllı" materiallara ehtiyac duyur
Azərbaycanın layihələri üzərində fəal şəkildə çalışdığı "ağıllı şəhər"lərin inkişafı təkrar emal olunmuş xammaldan istehsal olunan ekoloji təmiz tikinti materiallarından geniş istifadəni tələb edir.
"Sizinxeber.az"un Avropa bürosu xəbər verir ki, bunu azərbaycanlı jurnalistlərə İtaliyanın "Breton" şirkətinin regional direktoru və "Engineered stone" bölməsinin rəhbəri Stefano Titotto bildirib.
"Ağıllı şəhər"lər "ağıllı" materiallara ehtiyac duyur. Biz texnologiyalarımızın köməyi ilə gələcəyin şəhərlərinin inşası üçün təkrar emal olunmuş materiallardan istifadəni təklif edirik", - o bildirib.
Titottonun sözlərinə görə, texnologiya, eyni zamanda şəhər inkişafının ekoloji təsirini azaltmaqla döşəmə örtüklərinin, fasad üzlüklərinin, stolüstü səthlərin və digər memarlıq səthlərinin istehsalı üçün tətbiq edilə bilər.
"Ən "ağıllı" daş – artıq çıxarılmış, lakin ənənəvi daş məmulatlarında istifadə edilə bilməyən daşdır. Texnologiyalarımızın köməyi ilə biz belə materialdan yeni daş yarada bilirik", - o qeyd edib.
Titotto vurğulayıb ki, təkrar xammaldan istifadə tullantıların həcmini azaltmağa və Azərbaycandakı potensial layihələr də daxil olmaqla, şəhər infrastrukturunun inkişafına daha dayanıqlı yanaşmanı dəstəkləməyə imkan verir.
O, Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumunda "BretonTerraStone" - ekoloji dayanıqlı "ağıllı şəhər"lər üçün intellektual sənaye prosesləri və onların Azərbaycanda tətbiq imkanları" mövzusunda təqdimatla çıxış edib.
Oxşar xəbərlər
Almaniyalı professor azərbaycanlı mühəndislərlə əməkdaşlığın inkişafı üçün vacib platformanı açıqlayıb
Günel Ələsgərova: "Ağıllı sistem"lər və eko-materiallar şəhər həyatını dəyişir"
Emin Hüseynov: Azad edilmiş ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" layihələri əsas yer tutur
Qida məhsulları ilə təmasda olan ağıllı materiallara dair tələblər müəyyənləşib
Anar Axundov: "Slovakiya şirkətləri "Ağıllı kənd" layihəsində iştirak edir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
-
Uşaqların sosial şəbəkələrdə qeydiyyatı qanunla tənzimlənəcək
-
Şimali Koreya lideri yeni esminesin dəniz sınaqlarını yoxlayıb
-
Finlandiya immiqrantlar üçün işsizlik müavinətlərini azaltmağı planlaşdırır
-
Azərbaycanda ilk qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası Ağstafada istifadəyə verilib
-
DİN: Ötən gün 10 silah aşkarlanaraq götürülüb
