Binədə mağaza yanıb
sizinxeber.az xəbər saytı

Binədə mağaza yanıb


Xəzər rayonu, Binə qəsəbəsi ərazisində mağazada yanğın olub.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində ümumi sahəsi 200kv.m. olan tikinti materiallarının satışı mağazasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik yerləşən fərdi yaşayış evinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində mağazanın yanar konstruksiyaları 100kv.m. sahədə yanıb.

Mağazanın qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Oxşar xəbərlər

Qazaxda üçotaqlı evdə yanğın olub
Nərimanov rayonunda mağaza yanıb
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın olub
Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub, xəsarət alan var
Ucarda bazarda 8 mağaza yanıb, yaşayış evləri mühafizə olunub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər