Göygöldə torpaq sürüşməsi nəticəsində avtomobillərin hərəkətində yaranan çətinlik aradan qaldırılıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Göygöldə torpaq sürüşməsi nəticəsində avtomobillərin hərəkətində yaranan çətinlik aradan qaldırılıb - YENİLƏNİB


Göygöl rayonunun Aşıqlı kəndi ərazisində baş verən qismi torpaq sürüşməsi ilə bağlı tədbir görülüb.

"Sizinxeber.az"un Qərb bürosu xəbər verir ki, yolun hərəkət hissəsinə sürüşən torpaq qatı aidiyyəti qurumun əməkdaşları tərəfindən təmizlənib.

Avtomobillərin maneəsiz gediş-gəlişi təmin edilib.

Göygöl rayonuna yağan güclü yağış yollarda çətinlik yaradıb.

"Sizinxeber.az"un Qərb bürosu xəbər verir ki, rayonun Aşıqlı kəndi ərazisində torpağın bir hissəsi yola tərəf uçub, iri ağac əraziyə aşıb.

Nəticədə Gəncə-Göygöl-Kəlbəcər yolunda qismən problemlər yaranıb.

Hazırda bu istiqamətdə tədbirlər görülür.

Oxşar xəbərlər

Göygöldə torpaq sürüşüb, avtomobil yolunda çətinliklər yaranıb
Ağsuda  torpaq sürüşməsi baş verib
Leysan yağışları nəticəsində Bakı-Şamaxı-Yevlax yolunda yaranan çətinlik aradan qaldırılıb
Leysan yağışları nəticəsində Bakı-Şamaxı-Yevlax yolunda yaranan çətinlik aradan qaldırılıb - FOTO
Güclü yağış Ordubadda fəsadlar törədib, qaya parçaları yola tökülüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər