“Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika yarışlarının zona birinciliyini keçirib
Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzi tərəfindən “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.
Nazirlikdən Sizinxeber.az-ya verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarətdir.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edənlər yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.
Keçirilən yarışda Gəncə Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələri iştirak ediblər.
Yarış “Kombinə edilmiş yanğın estafeti” və “Maneələr zolağı” adlı iki mərhələdən ibarət olub.
Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli tam orta məktəbi I yerə, Gədəbəy rayon Çanaxçı kənd tam orta məktəbi II yerə, Samux rayonu Lək kənd tam orta məktəbi isə III yerə layiq görülüb.
Qeyd edək ki, qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.
Oxşar xəbərlər
Gəncədə “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib
FHN-in Aran Regional Mərkəzi “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyini keçirib
FHN-in Şimal-qərb Regional Mərkəzi “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyini keçirib
FHN-in Qarabağ Regional Mərkəzi zona birinciliyi keçirib
FHN-in Cənub Regional Mərkəzi zona birinciliyi keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Bu halda torpağınız əlinizdən ALINACAQ — DİQQƏT!
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Fransa Prezidenti Emmanuel Makronun iqamətgahında - Parisdəki Yelisey sarayında axtarış aparılıb.
