Azərbaycan ABŞ-yə ixracını 15 %-dən çox artırıb
sizinxeber.az xəbər saytı

Azərbaycan ABŞ-yə ixracını 15 %-dən çox artırıb


Bu ilin yanvar-aprel aylarında Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsinin dəyəri 338 milyon 608 min ABŞ dolları təşkil edib.

"Sizinxeber.az"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,6 % azdır.

Son 1 ildə Azərbaycanın ABŞ-yə ixracının dəyəri 15,3 % artaraq 27 milyon 730 min dollar, bu ölkədən idxalının dəyəri isə 28,8 % azalaraq 310 milyon 878 min dollar olub.

Hesabat dövründə ABŞ ilə ticarət ümumi dövriyyənin 1,7 %-i qədər olub. 4 ayda ABŞ-yə ixrac ümumi ixracın 0,2 %-ni, ABŞ-dən idxal isə ümumi idxalın 5,6 %-ni təşkil edib.

Oxşar xəbərlər

Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsi 2 dəfədən çox artıb
Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 41 % artıb
Azərbaycanın İranla ticarət dövriyyəsi 8 %-ə yaxın artıb
Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 29 % artıb
Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsi kəskin azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər