İsmayıl Serageldin: Ən vacib məsələlərdən biri yerli əhalinin köçürülməsinin minimuma endirilməsidir
Ən vacib məsələlərdən biri yerli əhalinin köçürülməsinin minimuma endirilməsidir.
Sizinxeber.az xəbər verir ki, bunu Aleksandriya kitabxanasının təsisçisi, Dünya Bankının eks vitse-prezidenti, mədəniyyət üzrə ekspert İsmail Serageldin WUF13 çərçivəsində keçirilən “Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər rejenerasiyası” adlı forumda bildirib.
“Çünki insanlar köçürüldükdə və onların yerində yeni binalar tikildikdə, icma daxilindəki qarşılıqlı dəstək sistemi məhv olur. Buna görə əvvəlcədən planlaşdırma aparmaq, yerli icmanı layihənin hazırlanması və icrasında iştirak etdirmək, köçürülən ailələr üçün kifayət qədər maliyyə və imkan yaratmaq vacibdir.
Həmçinin iqtisadi inkişaf və investisiya layihələri həyata keçirilərkən xidmətlərin qiyməti kasıb əhali üçün əlçatan qalmalıdır. Bəzən bunun üçün çarpaz subsidiyalar tətbiq etmək lazım gəlir. Əgər investisiyalar dövlət və ya özəl investorlar tərəfindən əsaslandırılırsa, həmişə belə sual verməliyik:
“Bu ictimai vəsaiti kim ödəyir və bundan kim faydalanır? Çox vaxt hökumətlər varlı xarici investorlara vergi güzəştləri təqdim edir, amma həmin vergi yükü kasıb insanların üzərinə düşür. Buna görə də vergi yükünün kimə keçdiyini diqqətlə analiz etməliyik”,- o bildirib.
O hesab edir ki, bütün bunlar milli və yerli tərəfdaşlıqların qurulmasını, eləcə də yerli icmaların prosesə cəlb edilərək gücləndirilməsini tələb edir: “Adətən investisiyaları qiymətləndirmək üçün istifadə etdiyimiz xərc-fayda analizləri mədəni irs obyektləri üçün kifayət etmir. Məsələn, yalnız turizm gəlirlərinə əsaslanmaq bizi yanlış nəticələrə aparar. Birincisi, turistlərin maraq göstərmədiyi irs nümunələrinin qorunmağa dəymədiyi düşüncəsi yaranar. Bu isə yanlışdır. İkincisi, turist sayını artırmaq məqsədilə qorunmalı olan irsə zərər verilə bilər. Üçüncüsü isə, məsələn, Dünya Bankı ilə işləyərkən yalnız turizm gəlirlərinə baxsaq, məsələn, sahildəki kazinonun mədəni irs layihəsindən daha çox maliyyə haqq etdiyini sübut etmək mümkün olar. Bu həqiqətə uyğun deyil və mədəni irsin əsl dəyərini nəzərə almayan yanlış yanaşmadır”.
Oxşar xəbərlər
Afrika İnkişaf Bankı: İnvestorlar üçün ekoloji və sosial aspekt getdikcə daha vacib hala gəlir
İtaliyalı nazir müavini: Azərbaycan WUF13-ə uğurla ev sahibliyi edir
İcraçı direktor: WUF13 indiyədək keçirilmiş ən böyük Dünya Şəhərsalma Forumudur
Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilib
İsmail Serageldin: Bakıda keçiriləcək Qlobal Forumda 400-dən çox insan iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
İsrail ordusu Livanın cənubunda daha bir zabitini itirib
