Xüsusi nümayəndə: "Qarabağda müasir şəhərsalma və transformasiya layihələri həyata keçirilir"
sizinxeber.az xəbər saytı

Xüsusi nümayəndə: "Qarabağda müasir şəhərsalma və transformasiya layihələri həyata keçirilir"


Azərbaycanın işğaldan azad edilmiş ərazilərində müasir şəhərsalma və transformasiya layihələri həyata keçirilir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Azərbaycanda Ağıllı və Davamlı Şəhər Layihələri" tədbirində bildirib.

"Bu gün dünya kifayət qədər sürətlə dəyişir. Hamımız anlayırıq ki, yeni texnologiyalar, yüksək həyat standartları, yeni imkanlar cəmiyyəti transformasiya edir. Eyni zamanda, biz iqlim dəyişikliyi, sosial bərabərsizlik və ekoloji təzyiqlər kimi ciddi qlobal çağırışlarla üz-üzəyik", - deyə o qeyd edib.

Xüsusi nümayəndənin sözlərinə görə, Qarabağın yenidənqurulması dayanıqlı inkişaf prinsipləri əsasında aparılır: "​Görülən ilk iş isə 2022-2026-cı illər dövrünü əhatə edən Birinci Böyük Qayıdış Dövlət Proqramının icrası oldu. Bu proqram keçmiş məcburi köçkünlərin bu məskunlaşmasını, yenidən məskunlaşmasını mümkün qədər dayanıqlı etmək üçün kifayət qədər çox sayda fəaliyyətləri nəzərdə tutur. Beləliklə, əsas prioritetlərdən biri dayanıqlılıq idi. Dayanıqlılığın təmin olunduğundan əmin olmaq üçün Dövlət Proqramı xeyli sayda fəaliyyət və hədəflərə malikdir; bura evlərin tikintisi, ərazilərin inkişaf etdirilməsi, magistral yolların, dəmir yollarının və bütün lazımi infrastrukturun çəkilməsi, eləcə də regionda investisiya imkanlarının yaradılması daxildir".

Oxşar xəbərlər

Vahid Hacıyev: "Qarabağda Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun yeni yaşayış məhəllələri salınır"
Xüsusi nümayəndə: Keçmiş məcburi köçkünlərin geri qayıdışını dayanıqlı etmək üçün çoxsaylı tədbirlər nəzərdə tutulub
Bahar Muradova: "WUF13 Azərbaycan üçün yeni mərhələdir"
WUF13-ün Azərbaycanda təşkili region üçün də yeni əməkdaşlıq imkanları yaradır - RƏY
WUF13 Azərbaycanda təşkili region üçün də yeni əməkdaşlıq imkanları yaradır - RƏY

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər