"Nottinqem Forest" Neko Uilyamsla müqavilə müddətinin uzadılması üçün danışıqlara başlayıb
sizinxeber.az xəbər saytı

"Nottinqem Forest" Neko Uilyamsla müqavilə müddətinin uzadılması üçün danışıqlara başlayıb


İngiltərə təmsilçisi "Nottinqem Forest" müdafiəçi Neko Uilyamsla müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqlara başlayıb.

"Report" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Mənbənin məlumatına görə, Premyer Liqanın bir sıra klubları 25 yaşlı uelsli futbolçu ilə yaxından maraqlanır. "Nyukasl", "Aston Villa", "Mançester Yunayted" və "Everton"un oyunçunu diqqətdə saxladığı bildirilir. Buna baxmayaraq, "Nottinqem Forest" rəhbərliyi müdafiəçini komandada saxlamaqda qərarlıdır.

Neko Uilyams 2022-ci ilin iyulundan bu komandanın formasını geyinir. Onun klubla müqaviləsinin müddəti 2029-cu il iyunun 30-dək nəzərdə tutulub.

Futbolçu cari mövsümdə meydana çıxdığı 51 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

"Transfermarkt" portalı müdafiəçinin transfer dəyərini 25 milyon avro qiymətləndirir.

Oxşar xəbərlər

"Liverpul" İngiltərə millisinin futbolçusunu transfer etmək istəyir
"Mançester Yunayted" "Brendford"un futbolçusu ilə danışıqlara başlayıb
Premyer Liqa təmsilçisi "Qalatasaray"ın futbolçusu ilə maraqlanır
"Aston Villa"nın hücumçusu "Mançester Yunayted"ə keçə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər