İcraçı direktor: WUF13 indiyədək keçirilmiş ən böyük Dünya Şəhərsalma Forumudur
Bakıda keçirilən Dünya Şəhərsalma Forumu (WUF13) indiyədək təşkil olunmuş ən böyük Dünya Şəhərsalma Forumudur.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Yerli fəaliyyətin gücləndirilməsi: adekvat mənzil təminatı və dayanıqlı icmalar üçün çoxtəbəqəli idarəetmənin möhkəmləndirilməsi” adlı sessiyada BMT Baş katibinin müavini, BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) İcraçı direktoru Anaklaudia Rossbax bildirib.
Onun sözlərinə görə, forumda 30 mindən çox nümayəndə iştirak edir.
A. Rossbax qeyd edib ki, bu göstərici WUF13-ü forumun tarixində ən böyük tədbirə çevirir.
O bildirib ki, Bakıda aparılan müzakirələr BMT Baş katibinin “Gələcək Paktı” (Pact for the Future) çərçivəsində yerli və regional hökumətlərin rolunun gücləndirilməsi istiqamətində görülən işlərə töhfə verir.
UN-Habitat rəhbərinin sözlərinə görə, BMT Baş katibinin hazırladığı hesabatda yerli və regional hakimiyyət orqanlarının qlobal gündəliklərin lokallaşdırılmasındakı rolu xüsusi vurğulanıb.
Rossbax əlavə edib ki, UN-Habitat, Local2030 Koalisiyası və digər beynəlxalq platformalar vasitəsilə BMT qurumları, yerli hökumətlər, özəl sektor və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq gücləndirilir.
Oxşar xəbərlər
EBRD: Şəhərlər mənzil tələbatını qarşılamaq üçün investisiya risklərini azaltmalıdır
Anaklaudia Rossbax: Azərbaycan WUF13-ün keçirilməsi üçün ciddi işlər görüb
BMT Assambleyasının Prezidenti: Azərbaycan WUF13 kimi mühüm qlobal tədbirə uğurla ev sahibliyi edir
Anaklaudia Rossbax: Azərbaycan WUF13-ün keçirilməsi üçün müstəsna işlər görüb
BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Prezident İlham Əliyevlə görüşündən paylaşım edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
