Komitə sədri: Ölkədə sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilib
Ölkə üzrə sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilib
"Report" xəbər verir ki, bunu Milli Məclisin regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı Prezidentin göstərişi olub:
“Sənədsiz evlərlə bağlı məsələdə obyektiv və subyektiv səbəblər var. Hazırda sənədsiz evlərin obyektiv səbəblərindən biri ondan ibarətdir ki, o evlərin bir çoxu kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilib. Təbii ki, bundan ən çox ziyan çəkən bələdiyyələrdir.
Çünki onlar bələdiyyələrə əmlak və torpaq vergisi vermirlər, bununla da bələdiyyələrin büdcəsinin formalaşmasında rol oynamırlar. Bu torpaqlarda tikilən evlərin sənədləşdirilməsi üçün torpağın kateqoriyası dəyişməlidir. Bunun üçün də 5-6 nazirlikdən icazə alınmalıdır. Bu, çox uzun prosesdir".
S.Novruzov sənədsiz evlərlə bağlı problemin tezliklə həll olunmasının vacibliyini vurğulayıb:
"Digər tərəfdən, bu evlərin bir hissəsi SOCAR-a məxsus olan neftli ərazilərdə tikilib. SOCAR həmin evlərin sənədləşdirilməsi üçün sakinlərə xüsusi məktub verməlidir. Bundan başqa, sənədsiz evlərin bir çoxu yüksək gərginlikli elektrik xətlərinin altında, yaxud da dəmiryolu kənarında tikilib.
Artıq sənədsiz evdə yaşayanları qeydiyyatdan da çıxarırlar. Bu baxımdan, məsələnin həlli üçün komitə olaraq nə bacarırıqsa, köməklik etməyə çalışırıq".
Oxşar xəbərlər
Komitə sədri: Ölkədə sənədsiz evlərin bir çoxu kənd təsərrüfatlı təyinatlı torpaqlarda tikilib
Parlamentin komitə iclasında sənədsiz evlər problemi qaldırılıb
Deputat: Bakıda sənədsiz evlərin sayı 500 mindən çoxdur
Siyavuş Novruzov: Evlərin, meyvə bağlarının, mal-qaranın sığortalanması vacıbdir
Sənədsiz evlərə çıxarış almaq asanlaşdı - Yeni qaydalar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












