Qazaxıstan bu il Almaniyaya 3 milyon ton neft tədarük etməyi planlaşdırır
sizinxeber.az xəbər saytı

Qazaxıstan bu il Almaniyaya 3 milyon ton neft tədarük etməyi planlaşdırır


Bu il Qazaxıstan "Drujba" neft kəməri ilə Almaniyaya 3 milyon tona yaxın neft tədarük etməyi planlaşdırır.

"Sizinxeber.az" Qazaxıstan mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ölkənin energetika naziri Yerlan Akkenjenov bildirib.

Bununla yanaşı, o vurğulayıb ki, mayda bu istiqamətdə tədarük planlaşdırılmır.

Nazirin sözlərinə görə, 2025-ci ildə Almaniyaya 2,1 milyon ton neft tədarük edilib.

Qazaxıstan ötən ilin I rübü ilə müqayisədə bu ilin müvafiq dövründə Almaniyaya neft ixracını iki dəfə artıraraq 730 min tona çatdırıb.

Qazaxıstan Almaniyaya 2023-cü ildən neft ixrac edir.

Oxşar xəbərlər

Qazaxıstan neftinin BTC ilə tədarük həcmi 346 min tona çatıb
Qazaxıstan 2025-ci ildə BTC boru kəməri ilə neftin ixracına dair proqnozunu təsdiqləyib
İslamdaut Akubayev: "Martda Qazaxıstanın BTC ilə neft ixracı 138 min ton təşkil edəcək"
CPC bu il 53 milyon ton neft ixrac edib
Tokayev “KazMunayQaz”ın rəhbəri ilə əlavə neft ixrac marşrutlarını müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər