Azərbaycanın 4 kəndində torpağın əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbul müddəti uzadılıb
Azərbaycanın 4 kəndində orpaqların əkin məqsədli istifadəyə verilməsi üçün üçün müraciətlərin qəbulu iyunun 5-nə qədər davam edəcək.
Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumata görə, bunlar, Cəbrayıl rayonunun Horovlu, Xocalı rayonunun Xanabad və Təzəbinə, Ağdərə rayonunun Suqovuşan kəndləridir. Müraciətlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə qəbul edilir. Bu kəndlərdə torpaq sahələri minimum 5 ha təşkil etməklə suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır.
Horovlu kəndində birillik və çoxillik bitkilərdən - alma, armud, xurma, şaftalı, nektarin, ərik, nar, üzüm (süfrə və texniki), çiyələk, qarağat, mavigilə (dibçəkdə), pomidor, xiyar, badımcan, bibər, soğan, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, qarpız, yemiş, buğda, arpa, qarğıdalı, soya, yonca, xaşa, kartof və şəkər çuğunduru əkilməsi nəzərdə tutulur.
Xocalının Xanabad və Təzəbinə kəndlərində birillik və çoxillik bitkilərdən - şaftalı, nektarin, ərik, nar, alma, şabalıd, xurma, armud, gilas, qoz, fındıq, üzüm (süfrə və texniki), çiyələk, qarağat, mavigilə (dibçəkdə), moruq, pomidor, xiyar, badımcan, bibər, soğan, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, qarpız, yemiş, buğda, arpa, qarğıdalı (dən və silos üçün), soya, noxud, mərcimək, kartof, tütün, şəkər çuğunduru, yonca, xaşa, müxtəlif ot qarışıqlarının (vika, yulaf, arpa, çovdar) əkilməsi nəzərdə tutulur.
Ağdərənin Suqovuşan kəndində birillik və çoxillik bitkilərdən - armud, gilas, şaftalı, nektarin, ərik, nar, qoz, fındıq, şabalıd, üzüm (süfrə və texniki), moruq, böyürtkən, çiyələk, qarağat, mavigilə (dibçəkdə), buğda, arpa, qarğıdalı (dən və silos üçün), soya, noxud, mərcimək, pomidor, xiyar, badımcan, bibər, soğan, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, qarpız, yemiş, kartof, yonca, xaşa və müxtəlif ot qarışıqları (vika, yulaf, arpa, çovdar) əkilməsi nəzərdə tutulur.
Əkin sahələrində müasir damlama və çiləmə suvarma sisteminin olması tələb edilir.
Horovlu, Xanabad, Təzəbinə və Suqovuşan kəndlərinə köçən sakinlər aşağıdakı arıdıcıllıqla torpaqların güzəştli qaydada əkinlərin aparılması məqsədi ilə istifadəsi üçün müraciət edə bilərlər:
EKTİS-də qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetinə sahib olmaq)
Elektron kabinet "Müraciətlərim" bölməsində "torpaq icarəsinə müraciət" – "Horovlu", "Xanabad", "Təzəbinə" və ya "Suqovuşan" seçməklə ərizə formasını doldurmaq.
Şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraq faktiki yaşayış yerinin "Suqovuşan", "Horovlu", "Xanabad" və "Təzəbinə" kəndləri olduğunu Daxili İşlər Nazirliyinin "e-polis" tətbiqində qeyd etmək.
Müraciət edən şəxslər ilə müqavilələrin imzalanması, təlimlərin keçirilməsi və ərazilərin yerində tanıdılması 8 iyun-31 iyul tarixləri arasında baş tutacaq. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.
Fermerlər əlavə məlumat üçün Ağdərə (050-858-54-37, 051-770-95-93), Xocalı (010-213-41-21, 055-716- 91-95) və Cəbrayıl dövlət aqrar inkişaf mərkəzlərinə (050-465-41-42, 050-990-27-67) müraciət edə bilərlər.
Oxşar xəbərlər
Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır
Suqovuşanda torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır
Samir Nuriyev: "Ağalıda torpaqların əkin məqsədilə istifadəyə verilməsi üçün icarə müqavilələri bağlanılır"
Ağalıda kənd təsərrüfatı torpaqlarının istifadəsi üçün müraciətlərin qəbuluna başlanılır
Xocalının Xanyurdu və Ballıca kənd sakinlərinə torpaq icarəsi üçün müraciət qəbulu başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
"Mançester Yunayted" Brunu Fernandeşlə yeni müqavilə üçün danışıqlara başlayıb
-
"Viator Mikrokredit Azərbaycan" BOKT-un xalis mənfəəti 2 dəfə azalıb
-
"Sumqayıt" baş məşqçisi Saşa İliçlə vidalaşıb
-
FHN sel təhlükəsi ilə bağlı tədbirlər keçirib
