Azərbaycan Yunanıstanda keçirilmiş beynəlxalq nəqliyyat konfransına qatılıb
Azərbaycan Yunanıstanın Patras şəhərində Balkan və Qara Dəniz regionlarının nəqliyyat bağlantılarına həsr edilən beynəlxalq konfransda təmsil olunub.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) nəzdində fəaliyyət göstərən Beynəlxalq Nəqliyyat Forumunun (BNF) analitiki, Nazirliyin BNF-yə ezam olunan nümayəndəsi Əliş İsmayılov konfrans çərçivəsində keçirilən sessiyada çıxış edib.
O, bildirib ki, son illərdə qlobal təchizat zəncirləri ciddi sınaqlarla üzləşib, Avropa ilə Asiya arasında alternativ və dayanıqlı nəqliyyat marşrutlarının əhəmiyyəti daha da artıb. Bu kontekstdə Orta Dəhliz Avropa və Asiyanı birləşdirən strateji, iqtisadi cəhətdən səmərəli və dayanıqlı bağlantı xətti kimi formalaşır.
Həmçinin vurğulanıb ki, beynəlxalq bağlantıların gücləndirilməsi Azərbaycanın BNF-yə 2025 – 2026-cı illərdə həyata keçirdiyi sədrliyin əsas prioritetlərindən olub. Orta Dəhlizlə bağlı mövzu təşkilatın gündəliyində xüsusi yer tutub və gələcəkdə də bu istiqamətdə müzakirələrin davam etdirilməsi gözlənilir.
Çıxış zamanı OECD və BNF-nin hazırladığı "Orta Dəhlizin potensialının reallaşdırılması" hesabatına da istinad olunub. Hesabatda regional iqtisadi inteqrasiyanın gücləndirilməsi, sərhəd və tranzit prosedurlarının sadələşdirilməsi, liman və dəmir yolu infrastrukturuna investisiyaların artırılması, eləcə də dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi əsas prioritetlər kimi müəyyən edilir.
Sonda BNF-nin 2026 – 2027-ci illər üzrə İş Proqramında yükdaşımaların səmərəliliyi və rəqəmsallaşdırılması mövzusunda yeni tədqiqatların nəzərdə tutulduğu bildirilərək üzv dövlətlər və tərəfdaş təşkilatlar əməkdaşlığa dəvət olunub.
Oxşar xəbərlər
Azərbaycan TDT nəqliyyat nazirlərinin 9-cu iclasında təmsil olunub
Xəzər bölgəsindən nəqliyyat dəhlizləri… - Ərdoğan
UNECE: Orta Dəhlizi tam rəqəmsallaşdırılmış və uyğunlaşdırılmış marşruta çevirmək olar
Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir
COP29-da Orta Dəhlizin rəqəmsallaşdırılması müzakirə olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu ailələrə aylıq sosial ödəniş edilir -Rəsmi AÇIQLAMA
-
ABŞ İrana zərbələr endirdi
-
Bakıda ilk ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək
-
İsrail Livandakı Bofor qalasını "təhlükəsizlik zonası"nın bir hissəsi kimi saxlayacaq
-
ABŞ səmasında dəhşətli partlayış: 300 ton trotil...
-
Putin ölümsüzlüyə hazırlaşır: 26 milyardlıq layihə...
