Türkiyədə Qurban bayramı tətilində avtoqəzalarda 70 nəfər ölüb
sizinxeber.az xəbər saytı

Türkiyədə Qurban bayramı tətilində avtoqəzalarda 70 nəfər ölüb


Türkiyədə Qurban bayramı tətili dövründə yol-nəqliyyat hadisələrində 70 nəfər ölüb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi özünün "X" sosial media hesabında məlumat yayıb.

Bildirib ki, Daxili İşlər Nazirliyinin 334 min 17 əməkdaşı bayram günlərində vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün sutka ərzində fasiləsiz xidmət aparıb:

"Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə isə 66 481 əməkdaş və 49 826 xidmət avtomobili ilə nəzarət tədbirləri fasiləsiz davam etdirilib. Təəssüf ki, görülən bütün tədbirlərə baxmayaraq, Qurban bayramı tətili müddətində yol-nəqliyyat hadisələri nəticəsində 70 vətəndaşımız həyatını itirib".

Oxşar xəbərlər

Türkiyədə bayram günlərində baş verən yol qəzalarında 40-dan çox adam ölüb
Türkiyədə Qurban bayramı günü 863 yol qəzası baş verib
FHN Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq
QMİ Qurban bayramı ilə bağlı fətva verib
Cəlilabadda Qurban bayramı ilə əlaqədar bir kəsim yeri müəyyən olunub 

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər