Bakı növbəti dəfə "TransLogistica Caspian" sərgisinə ev sahibliyi edəcək
İyunun 2-4-də Bakıda 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi ("TransLogistica Caspian") keçiriləcək.
“Sizinxeber.az” bu barədə sərgilərin təşkilatçıları olan "Caspian Event Organisers" və "Iteca Caspian" şirkətlərinə istinadən xəbər verir.
"TransLogistica Caspian" nəqliyyat sahəsində müasir həllərin müzakirəsi və təqdimatı üçün önəmli bir platforma təqdim edir. Bu tədbir, logistika və nəqliyyat sahəsinin ən mühüm sərgilərindən biri kimi tanınır və Avrasiya regionunu peşəkarlarını bir araya gətirir.
Qlobal logistik marşrutların transformasiyası və artan rəqabət şəraitində, "TransLogistica Caspian" sərgisində iştirak, sektorda lider olmaq istəyən şirkətlər üçün vacib bir addım sayılır. Bu sərgi, beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya üçün yeni imkanlar açır, əməkdaşlıq üçün platforma təqdim edir və "Orta Dəhliz", TRACECA və "Bir Kəmər, bir yol" təşəbbüsləri çərçivəsində biznesin inkişafına unikal şərait yaradır.
"TransLogistica Caspian" sərgisinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), "TRACECA" Hökumətlərarası Komissiyasının Daimi Katibliyi və "Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası" İctimai Birliyi dəstək göstərir.
Oxşar xəbərlər
OPEC: Azərbaycan enerji üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilib
Bakıda növbəti "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri olacaq
Bu ay Bakıda ADEX və "Securex Caspian" sərgiləri keçiriləcək
Bakıda 12-ci Beynəlxalq “Caspian Energy Forum” işə başlayıb
Aparat rəhbəri: ADEX və "Securex Caspian" sərgiləri müdafiə sənayesi sahəsində ən nəhəng tədbirlərdəndir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












