Kubilyus Avropanı silah istehsalını kəskin şəkildə artırmağa çağırış edib
Avropa silah istehsalını kəskin şəkildə artırmalı və Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi fonunda kollektiv müdafiədəki rolunu gücləndirmək üçün Avropa Müdafiə İttifaqının (European Defence Union) yaradılmasını nəzərdən keçirməlidir.
"Sizinxeber.az"un Avropa bürosunun məlumatına görə, bunu müdafiə və kosmos üzrə Avropa komissarı Andrius Kubilyus Vilnüsdə NATO Parlament Assambleyasının sessiyasında bəyan edib.
Onun sözlərinə görə, Rusiya hərbi istehsal həcmlərinə görə Avropa İttifaqını (Aİ) hələ də əhəmiyyətli dərəcədə geridə qoyur ki, bu da Avropa üçün risklər yaradır.
Komissar vurğulayıb ki, Ukrayna 2022-ci ildən etibarən müdafiə sahəsində istehsal həcmini 50 dəfə artıraraq 50 milyard avroya çatdırıb. Ölkənin müdafiə sənayesində kəskin rəqabət, bazar qaydaları və dinamik innovasiyalar mövcuddur.
Bununla yanaşı, Aİ ölkələrinin hökumətləri öz milli sənaye sahələrini dəstəkləyərək aparıcı müdafiə müəssisələrinin məhsullarının 70-80 %-ni satın alır, müdafiə sahəsindəki satınalmaların 80 %-i isə açıq tenderlər olmadan həyata keçirilir.
"Bu, Aİ-də vahid müdafiə bazarının olmaması, kiçik biznes və startaplar üçün imkanların və rəqabətin məhdudlaşdırılması deməkdir ", - o bəyan edib.
Kubilyus NATO-nun Avropa komponentini gücləndirə və Avropa ölkələrini təhlükəsizlik məsələlərində daha birləşdirə biləcək Avropa Müdafiə İttifaqının yaradılması ilə bağlı müzakirələrə başlamağa çağırıb.
O, həmçinin qeyd edib ki, Ukrayna NATO-ya üzvlük məsələsi açıq qaldığı müddətdə Avropa Müdafiə İttifaqında mümkün iştirak da daxil olmaqla, gələcək Avropa təhlükəsizlik arxitekturasının bir hissəsi olmalıdır.
Oxşar xəbərlər
Andryus Kubilyus: Avropa Komissiyası müdafiə fondlarının yaranmasından narahatdır
Avropa Komissiyasında müdafiə və kosmos üzrə komissar vəzifəsi təsis edilə bilər
Mirzoyan və Kubilyus müdafiə sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər
Mark Rutte: Avropa müdafiə istehsalını artırmalıdır
Avropa komissarı: Rusiya mərmi istehsalına görə bütün Aİ ölkələrindən iki dəfə böyükdür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirdi
-
İsrail Livandakı Bofor qalasını "təhlükəsizlik zonası"nın bir hissəsi kimi saxlayacaq
-
Azərbaycanın U-17 millisi Qazaxıstanla qarşılaşacaq
-
Bərdədə ağır yol qəzasında 10 nəfər xəsarət alıb - FOTOLENT - YENİLƏNİB-2
-
Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq edib
-
Konqoda balina ovlayan qayıq qayaya çırpılıb, 11 nəfər həlak olub
