“TransLogistica Caspian” sərgisində “Dəmiryol nəqliyyatının rəqəmsallaşdırılması” mövzusunda panel keçirilib
22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi (“TransLogistica Caspian”) çərçivəsində “Dəmiryol nəqliyyatının rəqəmsallaşdırılması” mövzusunda panel təşkil olunub.
"Azərbaycan Dəmir Yolları" QSC-dən "APA-Economics"ə verilən məlumata görə, müzakirələr zamanı TRACECA layihəsinin iştirakçısı olan ölkələrin dəmiryol təşkilatlarının tətbiq etdiyi rəqəmsal həllərdən və qarşılıqlı təcrübə mübadiləsindən söz açılıb.
Paneldə iştirak edən “Azərbaycan Dəmir Yolları” QSC-nin Rəqəmsal inkişaf departamentinin baş məsləhətçisi Asif Hüseynov ADY-nin yükdaşıma əməliyyatlarının rəqəmsallaşdırılması istiqamətində gördüyü işlərdən danışıb, qonşu ölkələrlə effektiv elektron məlumat mübadiləsinin aparıldığını, rəqəmsal həllərin tətbiqi nəticəsində əməliyyatların sürətləndiyini bildirib.
Panel iştirakçıları dəmiryol əməliyyatlarının rəqəmsallaşdırılmasının regionda nəqliyyat sahəsində əməkdaşlığı daha da gücləndirdiyini və yeni imkanlar yaratdığını qeyd ediblər.
Oxşar xəbərlər
“TransLogistica Caspian” sərgisində Xəzər regionunda multimodal daşımaların perspektivləri müzakirə olunub
Bakıda “Translogistica Caspian” sərgisi keçiriləcək
ADY rəhbərliyi “InnoTrans” beynəlxalq sərgisində Orta Dəhlizin perspektivlərini müzakirə edib
ADY: TRACECA layihəsi üzrə vahid sənəd dövriyyəsinin təbiqinə start verilib
Bakı növbəti dəfə "TransLogistica Caspian" sərgisinə ev sahibliyi edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
