İranın Ali Rəhbəri: Körfəz ölkələri artıq ABŞ bazaları üçün sipər olmayacaq
sizinxeber.az xəbər saytı

İranın Ali Rəhbəri: Körfəz ölkələri artıq ABŞ bazaları üçün sipər olmayacaq


Region ölkələri daha ABŞ bazalarına qalxan olmayacaq.

Sizinxeber.az xəbər verir ki, bunu İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei Həcc ziyarəti ilə bağlı ictimaiyyətə yazılı mesajında bildirib.

İranın Ali Rəhbəri Tehran və Vaşinqton üç aydır davam edən müharibəyə son qoymaq üçün danışıqlar apardığı bir vaxtda Körfəz ölkələrinin artıq ABŞ bazaları üçün sipər olmayacağını qeyd edib.

“Region xalqları və əraziləri artıq Amerika bazaları üçün sipər rolunu oynamayacaq”, - Xamenei vurğulayıb.

Qeyd edək ki, Müctəba Xamenei Ali Rəhbər olduqdan bəri ictimaiyyət qarşısına çıxmayıb, yalnız yazılı açıqlamalar verib.

Xatırladaq ki, müharibə zamanı İran Yaxın Şərqdə ABŞ hərbi bazalarına hücum edib.

Oxşar xəbərlər

Xamenei: Müharibələr ABŞ və Avropa ölkələri bölgəmizi tərk edəndə bitəcək
Xamenei: Heç bir problem ABŞ-la danışıqlarla həll olunmayacaq
Xamenei Trampın danışıqlar təklifinə cavab verib
Pezeşkian İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşdüyünü bildirib
Xamenei ABŞ-ın İranın nüvə proqramı ilə bağlı təklifini rədd edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər