Cənubi Koreyada zavodda partlayış nəticəsində beş nəfər ölüb, iki nəfər yaralanıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Cənubi Koreyada zavodda partlayış nəticəsində beş nəfər ölüb, iki nəfər yaralanıb - YENİLƏNİB


Cənubi Koreyanın Tecon şəhərində "Hanwha Aerospace" müdafiə korporasiyasının istehsal obyektində baş verən partlayış nəticəsində beş nəfər həlak olub, daha iki nəfər yaralanıb.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə "Yonhap" agentliyi xəbər verir.

Yanğının söndürülməsi üçün təxminən 100 nəfər səfərbər edilib.

Partlayışın fəhlələrin obyektdə təmizlik işləri apararkən baş verdiyi ehtimal olunur.

"Raket yanacağının istehsalı prosesində müxtəlif alətlər hazırlanır və görünür, partlayış yanacaq qalıqlarının təmizlənməsi zamanı baş verib", - şirkət nümayəndəsi mətbuat konfransında bildirib.

Cənubi Koreyanın Tecon şəhərində yerləşən "Hanwha Aerospace" müdafiə korporasiyasının istehsalat obyektində baş verən partlayış nəticəsində azı dörd nəfər həlak olub, iki nəfər isə yaralanıb.

Bu barədə "Sizinxeber.az" yerli "Yonhap" agentliyinə istinadən xəbər verir.

Partlayış bazar ertəsi səhər saatlarında, ilkin məlumata görə, zavodun birinci mərtəbəsində baş verib, hadisənin səbəbləri hələlik müəyyən edilməyib. Yanğınsöndürənlər hazırda binanı bürümüş yanğını söndürməyə çalışırlar.

Cənubi Koreya Prezidenti Li Çje Myon xilasetmə əməliyyatının keçirilməsi üçün bütün mövcud resursların səfərbər olunması barədə tapşırıq verib.

Oxşar xəbərlər

Cənubi Koreyada hərbi zavodda partlayış baş verib, ölənlər və yaralılar var
Braziliyada zavodda partlayış nəticəsində 9 nəfər ölüb
Türkiyədə zavodda partlayış olub, 12 nəfər ölüb, 3 nəfər yaralanıb
Hindistanda fabrikdə partlayış baş verib, 13 nəfər ölüb - YENİLƏNİB
Cənubi Koreyada zavodda baş verən yanğında 10 nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər