Qlobal neft ehtiyatları rekord sürətlə azalır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
may
2026
01:09
ff aaaaaaa

Qlobal neft ehtiyatları rekord sürətlə azalır

30 may, 2026
01:09
947

Qlobal neft ehtiyatları rekord sürətlə azalır

Hörmüz boğazı vasitəsilə neft nəqlində davam edən fasilələr qlobal iqtisadiyyatın sabitliyi və enerji təchizatı üçün artan risklər yaradır.

Axar.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Ümumdünya Ticarət Təşkilatının rəhbərlərinin birgə bəyanatında qeyd olunub.

Bildirilir ki, qlobal neft ehtiyatları Hörmüz boğazındakı mövcud vəziyyət səbəbindən rekord sürətlə azalır.

“Təklif həcmləri normal səviyyəyə qayıtmayınca, Şimal yarımkürəsində yayda neft tələbinin pik həddi ərəfəsində qlobal neft ehtiyatlarının sürətlə azalmasının davam etməsi yanacaq təhlükəsizliyi, bazar şəraiti və bütövlükdə iqtisadiyyatın davamlılığı üçün artan risklər yaradacaq”, - deyə bəyanatda vurğulanıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul