Nazir: Azərbaycanda enerji istehsalı strateji inkişafın yeni mərhələsinə qədəm qoyur
sizinxeber.az xəbər saytı

Nazir: Azərbaycanda enerji istehsalı strateji inkişafın yeni mərhələsinə qədəm qoyur


Neft-qaz sektoruna investisiyalarla bağlı mövcud məhdudiyyətlərə baxmayaraq, Azərbaycanda enerji istehsalı strateji inkişafın yeni mərhələsinə qədəm qoyur.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bu barədə 31-ci Bakı Enerji Forumunda çıxış edərkən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda sərbəst təbii qaz layihəsi çərçivəsində ilk hasilatın başlanması bunun aydın nümunəsidir.

Nazir eəlavə edib ki, 2027-ci ildə “Qarabağ” layihəsinin, 2029-cu ildə isə “Abşeron” yatağının tammiqyaslı işlənməsi, “Ümid” layihəsinin ikinci mərhələsi və “Bahar-Qumdəniz” qaz layihələrinin istismara verilməsi gözlənilir.

"Quruda və dənizdə həyata keçirilən kəşfiyyat layihələri, eləcə də SOCAR-ın Yaxın Şərq, Mərkəzi Asiya və Afrikadakı investisiyaları Azərbaycanın uzun illər ərzində etibarlı neft və qaz istehsalçısı və təchizatçısı rolunu davam etdirməsinə imkan verəcək.

Bu gün Azərbaycanın strateji əhəmiyyəti istehsal etdiyi enerji həcmlərindən daha çox regionları və bazarları nə dərəcədə effektiv şəkildə birləşdirməsi ilə müəyyən olunur", - Pərviz Şahbazov qeyd edib.

Nazir vurğulayıb ki, Azərbaycan nefti 20-dən çox ölkəyə tədarük edir. Təbii qaz ixrac etdiyi ölkələrin sayı isə 16-ya çatıb ki, bu da Azərbaycanı boru kəməri ilə qaz ixracının coğrafi əhatəsinə görə dünyanın aparıcı ölkələrindən birinə çevirir.

Pərviz Şahbazov əlavə edib ki, ötən il Azərbaycan Avropa İttifaqının boru kəmərləri ilə qaz idxalının 8,1%-ni təmin edib. Son bir ildə və bu ilin ilk dörd ayında Azərbaycandan Avropaya 16,7 milyard kubmetr, Türkiyəyə 12,8 milyard kubmetr, Gürcüstana 3,3 milyard kubmetr qaz ixrac olunub, Suriyaya isə 800 milyon kubmetr qaz tədarük edilib.

Oxşar xəbərlər

Pərviz Şahbazov: "Azərbaycan enerji resurslarını təhlükəsiz tədarük edən azsaylı ölkələrdəndir"
BP “Babək” layihəsinə maraq göstərir
"Qarabağ" yatağından ilk neftin çıxarılması 2029-cu ildə baş tutacaq
Azərbaycanda 760 MV-lıq günəş enerji layihələri üzrə müqavilələr imzalanıb
AÇG-də yeni layihə üzrə hasilat quyusunun qazılması işləri tamamlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər