Gitanas Nauseda: Litva ilə Azərbaycanı uzunmüddətli dostluq münasibətləri birləşdirir
sizinxeber.az xəbər saytı

Gitanas Nauseda: Litva ilə Azərbaycanı uzunmüddətli dostluq münasibətləri birləşdirir


Litva Prezidenti Gitanas Nauseda azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

İcazə verin, Sizi və bütün xalqınızı Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edim. Sizə və ölkənizə davamlı rifah, sülh və təhlükəsizlik arzulayıram.

Litva ilə Azərbaycanı uzunmüddətli dostluq münasibətləri birləşdirir. Qarşılıqlı faydalı sahələrdə ikitərəfli dialoqumuzu ardıcıl şəkildə gücləndirməyə sadiqik. Əminəm ki, siyasi, iqtisadi və mədəni əlaqələrimizin daha da inkişaf etdirilməsi ölkələrimiz arasında əməkdaşlığı möhkəmləndirəcək və xalqlarımıza fayda verəcək.

Qəti şəkildə inanıram ki, ortaq tarixi təcrübələrlə, suverenliyə və azadlığa birgə hörmətlə çoxtərəfli səviyyədə uğurlu əməkdaşlığımızı davam etdirəcəyik. Şübhəsiz ki, Azərbaycanla Avropa İttifaqı arasında qarşılıqlı etimada və konstruktiv tərəfdaşlığa əsaslanan dialoq daha da güclənəcək və xalqlarımızın rifahına töhfə verəcək.

Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərdə müsbət dinamika dialoqa və sülhə möhkəm sadiqliyinizi nümayiş etdirir. Bu prosesin davam etdirilməsi Cənubi Qafqaz regionunun təhlükəsizliyi və rifahı ilə yanaşı, regionun hüdudlarından kənarda sülhə də mühüm töhfə verir.

Cənab Prezident, milli bayramınız münasibətilə Sizi və xalqınızı bir daha təbrik edirəm. Ən xoş arzularımı və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Oxşar xəbərlər

Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanlayıb
Litva Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
Gitanas Nauseda Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Azərbaycan Prezidenti litvalı həmkarını təbrik edib
Prezident İlham Əliyev Rumıniyanın dövlət başçısını təbrik edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər